Neftin qiymətinin düşməsinin Azərbaycana 3 ən ciddi təsiri... - Ekspertdən bahalaşma anonsu

img

18-01-2016 [11:59]


Bu gün neft elektron satışlarda 29 dollardan aşağı düşüb

Bəs bundan sonrakı ucuzlaşma Azərbaycana nə vəd edir?

Mia.az xəbər verir ki, tanınmış iqtisadçı ekspert Zöhrab İsmayıl neftin bu qədər aşağı düşməsinin Mərkəzi Bankın rezervlərinin 2-3 aya tükənməsinə səbəb olacağını deyir:

"Neftin qoymətinin aşağı düşməsi manat dəyərini daha sürətlə itirir. Hökumət Neft Fondunun aktivlərinə daha çox "müraciət edir". Həmçinin Neft Fondunun rezervlərinin bir hissəsi manata çevrilməyə başlayır.

İkincisi, qiymətlər bundan sonra da 30-50% bahalaşır. İdxal üçün dollar çatışmamazlığı yaranır və bir sıra idxal malları qıtlaşır. Eyni zamanda, bank sektorunda böhran dərinləşir, tikinti, daşınmaz əmlak və avtomobil bazarları çöküşə gedir.

Üçüncüsü isə, Azərbaycanın kredit reytinqləri 1-2 pillə aşağı düşür. 

İlk baxışdan bu sadə oxucuya heç nə deməyə bilər. Söhbət ondan gedir ki, kredit reytinqləri aşağı endikcə, hökumətin, dövlət şirkətlərinin və banklarımızın beynəlxalq maliyyə qurumlarından və xarici banklardan borc alması daha da çətinləşir...".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA