17-01-2016 [15:44]
Nadir QOCABƏYLİ
Dolların qiymətinin qalxması nəticəsində ən zərurui ərzaq məhsullarının bahalaşması sosial-iqtisadi durumun Bakıya nisbətən daha ağır olduğu bölgələrdə yaşayan insanların etirazlarıyla müşayiət olunur. Bu etirazların haqlı olduğunu ən qatı hakimiyyət tərəfdarları belə etiraf edirlər.
Gündə evinə beş-on dənə çörək alan, əsas qidası çörək olan, ac qalmamaq üçün pensiyasını, müavinətini, yaxud cüzi maaşını un kisəsinə verib nisbətən arxayınlaşan külfət başçıları üçün qiymətin birdən-birə əlli faiz artması aclığın anonsu idi.
Unsatanlara olan borclarını hələ də ödəməyən, üstəlik, hər ay banklara kredit faizi ödəyən çarəsiz insanların, təbii ki, küçələrə çıxmaqdan başqa yolu qalmadı. Onların yerində olan hər kəs belə edərdi...
Belə bir şəraitdə xalqın qarşısına çıxıb, onu sakitləşdirməyə, ovundurmağa, onun dərdini öyrənib, müvafiq tədbirlər görməyə ehtiyac var ki, bunu da ilk növbədə yerli hakimiyyət, yəni icra hakimiyyətləri və onların məşhuri-cahan başçıları etməlidirlər.
Çıxmağına çıxdılar! Amma necə? Biri dedi ki, üsyan edənlər siqaret və araq düşkünləridir,o biri öz günahını müxalifətin üstünə yıxmaqla sudan quru çıxmağa çalışdı, üçüncüsü isə lap gül vurdu: camaatı təhqir edərək, küçə söyüşləri söydü, latayır yağdırdı...
Əvvəla, kim nə deyirsə-desin, xalqın bu ağır duruma düşməsinin əsas səbəbi birmənalı olaraq hökumət, onun yerlərdəki strukturlarıdır. Neftin ucuzlaşması fonunda dolların qalxması, əlbəttə, obyektiv səbəblərdəndir. Ancaq bunu proqnozlaşdırmaq, buna hazır olmaq lazım idi. Bəs, bu qədər institut, bu qədər nazirlik, bu qədər müftəxor mütəxəssis-iqtisadçı nədən ötrüdür?
Əgər vaxtında lazımi tədbirlər görülsəydi, düzgün sosial-iqtisadi siyasət aparılsaydı, kənd təsərrüfatı inkişaf etdirilsəydi, xalq da acınacaqlı vəziyyətə düşməz, dar gün üçün təknəsində bir ovuc unu, bir tay taxılı, bir kisə kartofu-soğanı, qapısında bir-iki mal-heyvanı, toyuq-cücəsi olardı.
Atalar "ac qılınca çapar” deyiblər. Ac adamın qarşısına çıxıb, ona söyüş söymək – odun üzərinə qiymətdən düşmüş neft tökməkdir.
Amma əslində necə olmalıydı?
İcra başçıları ilk öncə xalqdan onu bu günə saldıqları üçün üzr istəməli, hətta istefa verməliydilər. Ancaq təyin olunduqları üçün istefa vermək hüquqları, ya da cürətləri olmadığından, əllərində olan bütün imkan və vasitələrdən, resurslardan istifadə edib, narazı insanların problemlərinin həlli istiqamətində konkret addımlar atmalıydılar.
Məsələn, etiraz edənlərin siyahısı tutular, dərdinin nə olduğu öyrənilər, lazım gələrsə, komissiya təşkil olunub hər bir narazı adamın evinə, ailəsinə baş çəkilərdi. Ailələrə, evlərə baş çəkməyi elə icra başçısı özü də edə bilər. Axı onun işinin-gücünün adı nədir? Xalqın ağır günündə onun dərd-səri, güzəranı ilə maraqlanmayacaqdısa, bəs onu bu vəzifəyə niyə təyin ediblər?
Axı, icra başçısının yeganə dərdi niyə pul yığmaq, xalqı və dövlətin büdcəsini talan etmək və özünü ağa, narkobaron, mafiya başçısı kimi aparmaq olmalıdır? Buna nə vaxt son qoyulacaq?
Məncə, icra başçısı ümumiyyətlə rəhbərlik etdiyi rayonun ərazisini maşınla gəzməməlidir. Bunu onlara qadağan etmək lazımdır!
Demirsiniz ki, etirazçıların sayı 300-500 nəfərdir? Mən də bundan artıq olduğunu düşünmürəm. Elə isə 500 nəfər ehtiyac içində olan ailənin hər birinin evinə bir kisə un, bir neçə kilo şəkər, 1 qutu çay, bir banka yağ, bir az düyü və bir az ət göndərmək nə müşkül məsələdir?
Bunların hamısının xərci 50-60 manatdan yuxarı qalxmır ki, cəmi cümlətanı 25-30 min manat edir.
Olmasın dövlətin büdcəsindən oğurladığınız vəsaitin cüzi bir hissəsi, aldığınız rüşvətlərin birinin dörddə biri, verdiyiniz kreditlərin birinin şapkası. Hesab edin ki, avara balalarınıza, ya da məşuqələrinizə aldığınız "CİP”lərdən biri yolda çevrilib, amma "Allah saxlayıb” və özlərinə bir şey olmayıb, siz də "başının-gözünün sədəqəsi” demisiniz və qurban kəsib kasıb-kusuba paylamısınız.
Olmasın restotanlarda, saunalarda, barlarda, kazinolarda xərclədiyiniz ətək-ətək pulların bir günlüyü. Elə bilin ki, kazinoda qumarda uduzmusunuz. Elə bilin ki, addımbaşı xəyanət etdiyiniz arvadınızın könlünü almaq üçün ona şuba, ya da brilyant komplekt almısınız.
Yaxud oğlunuzu və ya qızınızı, katibənizin əmisi oğlunu işə düzəltmək üçün özünüz kimi başqa bir rüşvətxor məmura yüngülvari bir qonaqlıq vermisiniz...
Amma və lakin bunları etmək, xalqı "qudurtmaq” istəmirsiniz, "bu günün sabahı da var”deyə düşünürsünüz, "bu gün versək, sabah bir az da çox istəyəcəklər” deyirsiniz.
Bəli, elədir, bu gün verdiyinizi yeyib-qurtaran kimi, yenə gələcək və daha çox istəyəcəklər. Amma bunun da yolu var. Keçmişdə nə etmisiniz-etmisiniz, amma artıq ayılın və başa düşün ki, keçmişdəkilər daha olmayacaq, o dədəniz öldü.
Odur ki, papağınızı qarşınıza qoyub fikirləşin, tədbir tökün. Verdiyinizi camaatın yeyib-qurtardığı gün gəlib çatana qədər iş görmək, iş yerləri açmaq, onu işlə təmin etmək barədə düşünün. Bunu onların xətrinə yox, özünüz üçün edin. Başa düşün, ağlınız olsun!
Öz vəzifənizi, statusunuzu, məsuliyyətinizi, nəhayət ki, dərk edin! Ciddi olun!
Bir sözlə, xalqın qayğısına qalmaq, ona sözün əsil mənasında xidmət və rəhbərlik etmək lazımdır. Ona rəiyyət, nökər kimi baxıb, özünü ağa kimi aparmağın sonu yaxşı olmaz...
Tarixdən və olanlardan ibrət götürmək lazımdır!
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib