Neft Fondu sabah da bazara 200 milyon dollar çıxarır

img

14-01-2016 [17:20]


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını davam etdirir. 

Fonddan Mia.az-a daxil olan məlumatda bildirilir ki, 15 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək. Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA