14-01-2016 [11:50]
Xəbər verdiyimiz kimi, Dövlət Neft Fondu dünəndən etibarən bu il üçün valyuta satışını bərpa edib. "Qafqazinfo” xəbər verir ki, Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə keçirilən ilk hərracda 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılaraq 32 banka satılıb.
Xatırladaq ki, MB-ın hərrac keçirməməsinə görə ölkədə dolların satışında qıtlıq müşahidə edilirdi. MB-nin göstərişi ilə yalnız "Azərtürkbank” 500 dollara qədər dollar sata bilirdi. Belə bir halın yaşanması ölkədə "qara bazar”ın formalaşmasına, manatın dollar qarşısında daha da ucuzlaşmasına gətirib çıxarırdı.
Belə olan halda, Dövlət Neft Fondunun bazara daxil olması perspektivdə nə vəd edir?
Bu barədə "Qafqazinfo”ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Dövlət Neft Fond bu hərraclar vasitəsilə dövlət büdcəsi qarşısında olan öhdəliklərini yerinə yetirir: "Hazırda valyuta bazarında çox ağır durum yaşanır. Mərkəzi Bankın rezervləri sürətlə tükənir. Tək Mərkəzi Bankın bazara müdaxiləsi ilə dolların məzənnəsində uzun müddət stabil vəziyyət yaratmaq mümkün olmurdu. Valyutadəyişmə məntəqələrinin bağlanması, banklarda dollar çatışmazlığı problemləri yaranmışdı”.
Onun sözlərinə görə, 200 milyon dolların banklara satılması qısa müddətlik dövr üçün bankların dollar ehtiyatını ödəyə bilər: "Bir hərracın isə orta və uzunmüddətli dövr üçün valyuta bazarındakı vəziyyəti stabilləşdirəcəyini düşünmək səhv olardı. Hərraclar bir neçə dəfə keçirilməlidir ki, valyuta bazarında olan ajiotaj da müəyyən dərəcədə aradan qalxsın.
Hərracın keçirilməsi həftə sonuna qədər banklarda dollar satışınının həyata keçirilməsinə yardım edə bilər. Bu da bankların aparacağı siyasətdən də asılı olacaq. Amma bu hərraclar vasitəsilə satılan valyutanın böyük əksəriyyəti Beynəlxalq Bank və Paşa Bank tərəfindən alınıb. Yəni bu iki bankda dollar ehtiyatı daha çox artıb. Digər banklara hərracdan cüzi dollar ehtiyatı çatıb. Ona görə də digər bankların valyutaya olan təlabatı yenə də qalmaqdadır”.
Ekspert əlavə edib ki, DNF hər gün hərrac keçirərək dollar sata bilər: "Bu ay ərzində iş günlərini saysaq, 3 milyarda yaxın pul edir. Amma Neft Fondunun o qədər öhdəliyi yoxdur. Neft Fondu bu il manat şəklində dövlət büdcəsinə 6 milyarddan bir qədər çox pul köçürməlidir. Bu da indi ki məzənnə ilə 4 milyard dollar edir. Bu qədər vəsaiti il ərzində büdcəyə köçürtməlidir. Hər gün bu hərracların həyata keçirilməsinə Neft Fondunun ehtiyacı yoxdur. Ölkənin valyuta bazarının buna ehtiyacı var. Tələb var, amma təklif yoxdur. Bu durumda Dövlət Neft Fondunun və Mərkəzi Bankın imkanları məhduddur”.
Bu arada qeyd edək ki, Mərkəzi Bank dollarla satışı ancaq AzərTürk banka icazə verdiyi üçün bu gün səhərdən bankın qarşısında böyük izdiham yaşanır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi