13-01-2016 [14:06]
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank"Azərtürkbank”dan başqa digər banklara dollar satışı həyata keçirmir. AMB yalnız "Azərtürkbank”a vətəndaşlara dollar satmağa icazə verir. "Azərtürkbank”a isə satış üçün qoyulan limit 300 dollardır.
Qeyd edək ki, dollar satışının həyata keçirilməməsi sahibkarların fəaliyyətinə mənfi təsir edir. Ona görə ki, idxal-ixrac əməliyyatlarında xarici valyutadan istifadə edilir. Sahibkarların fəaliyyətinə mənfi təsirlərin səbəbləri barədə "Qafqazinfo”ya danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bankların dollar satmaması idxal-ixrac əməliyyatlarının iştirakçısı olan subyektlərə problemlər yaradır:
"Hər hansı xarici ölkələrlə iqtisadi əməliyyatların iştirakçısı olan şəxslər, xarici ölkələrə ödənişə olanlar bu gün bu problemlə üzləşiblər. Nəticədə bankların və bank filiallarının, valyutadəyişmə məntəqələrinin dollar satmaması "qara bazar”ın formalaşmasına gətirib çıxarır. Hətta sahibkarlar bu gün üçün Mərkəzi Bank tərəfindən təsdiq edilmiş limitlər çərçivəsində müəyyənləşdirilmiş məzənnədən qat-qat yuxarı məzənnədə xarici valyuta almaq məcburiyyətində qalırlar. Bu proses onların əlavə xərclər çəkməsinə gətirib çıxarır, eyni zamanda "qara bazar”ın formalaşmasını stimullaşdırır. Sahibkarların ümumi prosesdə iştirakçılığını məhdudlaşdırır. Yəni onların dövriyyəsinin kiçilməsinə, idxal əməliyyatlarının ləngiməsinə gətirib çıxarırır. Onu da vurğulamaq lazımdır ki, xarici ticarət prosesinin iştirakçısı olan şirkətlərin müqavilələri vardırsa, məhsul Azərbaycana göndərilməlidirsə, sahibkar bu məhsulun ödənişini edə bilmirsə və nəticədə məhsul göndərilmirsə, bu zaman həmin şirkətlər tərəfindən çox ciddi sanksiyalar tətbiq olunur. Bu da bir çox hallarda müqavilə məbləğinin 15 faizinə qədər gəlib çıxır ki, sonda vəziyyət sahibkarlar üçün itki yaradır”.
Onun sözlərinə görə, sahibkar bu gün bazarlardan dollar tapa bilmirsə onu hansısa formada həll edir, yaxud da "qara bazar”a üz tutur: "Həll edə bilmədiyi halda cərimələrlə üzləşir. Məhz bu səbəbdən də rəsmi sənədlər təqdim etməklə prosesin iştirakçılarını dollar satışı ilə təmin etmək mütləqdir. Əks halda, hesab edirəm ki, bu "qara bazar”da manatın kəskin şəkildə dəyər itirməsinə gətirib çıxaran prosesə doğru yönələ bilər.
Düşünmürəm ki, Mərkəzi Bankın bu kimi məhdudlaşdırıcı tədbirləri uzunmüddətli olacaq. Böyük ehtimalla yanvar ayının 15-dən sonra Dövlət Neft Fondunun valyuta bazarlarında aktivliyini bərpa etməsi bu istiqamətdə yumşalmanın həyata keçirilməsinə gətirib çıxarar ki, nəticədə düşündüyümüz ağır nəticələr yaranmaz.
Yaranmış panika nəticəsində vətəndaşlar əldə olan son manatlarını da dollara çevirmək istəyir. Faktiki olaraq bu gün buna cəhd edənlər dollar tapmır. Mərkəzi Bank bu siyasəti davam etdirirsə, daha çox dollarla valyuta bazarını təmin etməlidir. Nəticədə isə, ehtiyatlar daha da azalmalıdır. Amma MB məhdudlaşdırma həyata keçirir. Nisbətən bu panika müəyyən dövrdən sonra sakitliyə doğru gedəcək. Yəni, daha soyuq qərarların qəbul edilməsi dövrünə gələndə Mərkəzi Bank prosesdə aktivliyini bərpa edir və panika dövründən sonrakı nisbətən sakit vəziyyətdə prosesləri idarə etməyə cəhd göstərir.
Düşünürəm ki, Mərkəzi Bank bu kimi məqsədləri vardır. Son baş verənlər onu göstərdi ki, Mərkəzi Bankın prosesləri idarə etmək strategiyası yoxdur, ardıcıl olaraq bir sıra hallarda doğru olmayan qərarlar verirdi. Qərarlardan biri də bazarlarda tam iştirakçılığın məhdudlaşdırılmasıdır ki, bunun nəticəsində də "qara bazar”da Azərbaycan manatı çox ciddi şəkildə ucuzlaşa bilər”.

***
Musavat.com isə Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlandığı barədə məlumat yayıb.
Məlumatı valyutadəyişmə məntəqələrinin sahibləri veriblər. Bu gün onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub.
Hazırda 28 May küçəsində yerləşən "exchange"lər işləmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır.
"Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıqdadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı "exchange"lər yaradırlar" - deyə Amil Mürvətov adlı şəxs bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi