13-01-2016 [11:52]
"Hazırda hökumət devalvasiyanın qiymət artımına təsirini azalmaq üçün tədbirlər görməyə başlayıb. Bu tədbirlər hələki təəssüf ki, yalnız inzibati xarakter daşıyır".
Mia.az xəbər verir ki bu sözləri tanınmış iqtisadçı Samir Əliyev deyib.
O, bildirib ki, hökumətin gördüyü tədbirlərin faydası qısamüddətli olur və strateji baxımdan arzuolunmayan fasadlar törədir:
"Ona görə əsas diqqət iqtisadi alətlərin tətbiqinə yönəldilməlidir. Bunlara vergi güzəştlərindən tutmuş, strateji məhsulların istehsalında istifadə olunan xammalın idxalına tətbiq edilən gömrük rüsumunun azaldılmasını və ya ləğvini və s. aid etmək olar. Hökumətin ata biləcəyi digər iqtisadi alət yanacağın ucuzlaşdırılması ola bilər. Yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcə aşağı sala bilər ki, bu da malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azalda bilər. Xüsusilə də idxalı əvəzləşdirmək baxımından aqrar sektoru inkişaf etdirmək üçün dövlət tərəfindən fermer təsərrüfatına verilən dəstək ola bilər.
Məlumat üçün bildirim ki, bizimlə yaxın iqtisadiyyata Qazaxıstanda Aİ -95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır. Azərbaycanda Aİ -95 benzini 0,47 avro, Aİ-98 benzini 0,56 avro, dizel isə 0,35 avroya bərabərdir. Göründüyü kimi, Azərbaycanda yanacağın qiyməti xırda istisna ilə hər iki ölkədən bahadır. Azərbaycandakı yanacağın qiymətini neft idxal edən ölkələrdəki qiymətlə müqayisə etmək isə qüsurludur. Həmin ölkələrdə qiymətin baha olması təbiidir. Axı, onlar Azərbaycan kimi neft hasil etmirlər".
Samir Əliyev xatırladır ki, yanacağın qiyməti sonuncu dəfə 2013-cü ildə artırılanda dünya bazarında neftin bir bareli 110 dollara satılırdı. Yəni neftin bahalaşmasını əsas gətirərək yanacaq bahalaşdırılmışdı:
"Ondan öncə artım isə 6 yanvar 2007-ci il tarixində olmuşdu. Həmin vaxt "qara qızıl”ın qiyməti 60 dollardan da aşağı olub. Nəticədə Aİ-92 və Aİ-80 markalı benzinlər 70 qəpik (əvvəl 55 qəpik), dizel yanacağı isə 60 qəpik (əvvəl 45 qəpik) olub.
İndi isə dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Ancaq qiymətlər hələ də 110 dollarlıq neft qiymətinədir. Şəkəri bahalaşdırırıq ki, xammal özümüzün deyil. Geyimləri bahalaşdırırq ki, özümüzdə istehsal olunmur. Benzin və dizel 100% Azərbaycan istehsalıdır. Xammalı da, istehsalı da. Əgər manat neftin ucuz olmasına görə ucuzlaşdırılırsa, bəs, onda niyə yanacaq baha saxlanılır? Olmaya SOCAR-ın aldığı və səmərəsiz xərclədiyi kreditləri əhalinin hesabına ödəmək istəyir?
95 markalı benzin idxal olunduğu üçün devalvasiya səbəbindən onun qiymətini ucuzlaşdırmaq mümkün olmayacaq. Ancaq Aİ 92 və 80, dizel yanacaqlarında ucuzlaşdırmanı problemsiz etmək olar. Hökumət sahibkarları süni qiymət artımında ittiham edirsə, ilk olaraq öz şirkətindən – SOCAR-dan başlasa yaxşı olar".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi