12-01-2016 [14:53]
Sabiq maliyyə naziri Əvəz Ələkbərov manatın sonuncu devalvasiyası və bu hadisənin fonunda yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Mia.az Modern.az-a istinadən həmin müsahibəni təqdim edir:
- Əvəz müəllim, siz uzun müddət hökumətdə işləmisiniz, manatın sonuncu (21 dekabr 2015-ci il tarixli) devalvasiyasından sonra qiymətlər durmadan artır, əhali kasıblaşır. Situasiyanı necə qiymətləndirirsiniz? Belə vəziyyət nə qədər davam edəcək?
-İlk növbədə onu qeyd etmək lazımdır ki, dünyada xoşagəlməyən ciddi proseslər gedir - həm siyasi, həm də iqtisadi. Azərbaycan da onun bir hissəsi kimi bəzi çətinliklərə məruz qalır.
Son günlərdə mən iki kitab oxumuşam. Biri 19 il ABŞ-da Federal Ehtiyat Sisteminə və üç il ABŞ Prezidenti yanında İqtisadi Şuraya rəhbərlik etmiş Alan Qrinspenin " Sarsıntılar dövrü – dünya maliyyə sisteminin problemləri və perspektivi”dir. O, 2030-cu ilə qədər dünyada maliyyə sisteminin xarakterinin daha da gərgin olacağından bəhs edir.
İkinci kitab isə məşhur amerikalı maliyyə jurnalisti Maykl Luisin "Bumeranq – inkişaf etmiş ölkədən dünyanın üçüncü dərəcəli ölkəsinə necə çevrilmək olar” əsəridir. O, İslandiyada, İrlandiyada, Yunanıstanda maliyyə böhranının səbəblərini və xarakterini izah edir, Almaniya və ABŞ-ın bu problemlərə yanaşmasına təhlil verir.
Azərbaycanda əsas problem neftin qiymətinin dünyada aşağı düşməsi ilə bağlıdır. İndi bizim icmal büdcəmiz təqribən 75-80%-i neft və qaz satışından gələn gəlir hesabına formalaşır, istehlak etdiyimiz malların əsas hissəsi isə idxal hesabınadır. Mənə belə gəlir ki, bu il və gələn il problemlərimiz çox olacaq, ola bilər neftin qiyməti daha da aşağı düşsün.
- Əhalini maarifləndirmək və böhranın təsirini azaltmaq üçün sizcə hansı vacib tədbirlər həyata keçirmək lazımdır?
-Azərbaycan Respublikasının prezidenti İlham Əliyev artıq bu barədə qərarlarını və tapşırıqlarını verib, əhaliyə müraciət edib. Əvvəla onu deyim ki, artıq vətəndaşlarımızın zövqü artıb və daha yaxşı yaşamağa öyrəşiblər. İndi 1998-ci il deyil.
Hələ o vaxtlar, 90-cı illərin axırlarında hökumətlə Beynəlxalq Valyuta Fondu arasında proqramlar hazırlanır və həyata keçirilirdi, onlardan çox ucuz kreditlər alınırdı, yəni maliyyə qıtlığı var idi. Beynəlxalq Valyuta Fondunun Azərbaycan missiyasının rəhbəri Tapiyo Savalaynin (o əslən fin idi və böhranlar üzrə yaxşı mütəxəssis sayılırdı) bir dəfə məndən soruşdu ki, "belə iqtisadi və maliyyə çətinliyi zamanı hər yerdə bol süfrələr, artıq məsrəflər görünür, bu, niyə belədir?”.
Mən də dedim ki, bu millətimizin xarakterindədir və biz qonaqpərvərliyi çox sevirik. Bir dəfə İsveçrənin maliyyə naziri Kaspar Villigerə (o iki dəfə Azərbaycana səfərə gəlmişdi) mən dedim ki, sizin imkan, vəsaitiniz olduqca boldur (illik büdcə 200 mlrd. dollar). O, mənə dedi ki, "balansalşdırılmış büdcə xərcləri formalaşdırmaq daha çətindir, həm parlamenti, həm də əhalini razı salmalısan, hər regionun öz kaprizləri var”. Yeri gəlmişkən, İsveçrədə cəmi 7 nazirlik var.
Özəl sektora yaşıl işıq yandırılmalı, vergi və gömrükdə işlər daha çevik şəkildə özəl sektorun xeyrinə həyata keçirilməli, dövlət satınalmaları haqqında qanunlara və normativ sənədlərə müvafiq dəyişikliklər edilməli, rəqabət mühiti ilə bağlı çoxlu qərarlar qəbul olunmalı və onların real işlənməsini təmin etməli, vergi ödəmək və kredit qaytarmaq mədəniyyəti yüksəldilməli, dövlət əmlakının özəlləşdirilməsi yolunda növbəti addım atılmalıdır.
Son illər çox güclü infrastruktur yaranıb, (işıq, qaz, su, yollar, rabitə və sair) onları qorumaq və inkişafını təmin etmək, büdcə-vergi, pul-kredit, sosial siyasətə yenidən baxmaq, ölkədən valyuta çıxarılmasının azaldılması yolunda tədbirlər həyata keçirmək lazımdır. Banklara dəstək, onlara inamı artırmaq lazımdır, çünki iqtisadiyyatın inkişafı bilavasitə banklardan asılıdır.
Ölkəmizə gələn turizm imkanlarını artırmaq, əhalinin əmək haqlarının, pensiya və müavinətlərin və aztəminatlı ailələrə ödənişləri artırmaq imkanları üçün tədbirlər görmək, kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün daha münbit şərait yaratmaq, ixrac yönümlü məhsulların istehsalını durmadan artırmaq vacibdir. Süni qiymət artımına yol verməmək üçün həm aidiyyəti orqanlar, həm də vətəndaş cəmiyyəti birgə səy ortaya qoymalıdır.
-Ekspertlər təklif edir ki, hökumət və insanlar maksimum dərəcədə qənaət rejiminə keçməlidir. Bu barədə nə deyə bilərsiniz?
- İcra aparatı xərclərini azaltmalı və struktur dəyişikləri həyata keçirilməli, dövlət xərcləri üzərində nəzarət gücləndirilməli, həm adi vətəndaşlarımız, həm də hökumət israflı xərclərə yol verməməli, qənaət rejiminə keçməlidir.
Görülən işləri hökumət koordinasiya etməli, cəmiyyətə aparılan işlər barədə lazımı izahat verməlidir, televiziya proqramlarında professional şəxslərin iştirakı ilə məzmunlu verilişlər hazırlanmalıdır.
Prezident, cənab İlham Əliyevin tapşırığı ilə nazirlər və komitə sədrləri yerlərdə vətəndaşları qəbul edir, problemləri yerində həll edirlər, bu praktika daha səmərəli olmalı və aktivləşməlidir. Hesab edirəm işlər 2018-ci ildən öz axarına düşməyə başlayar və ölkəmiz öz inkişafı yolunda mühüm addımlar atar, qarşıda qoyulan bütün problemlər həll olunar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi