09-01-2016 [00:51]
"Valyuta satışına 4%-lik marjanın tətbiq edilməsi başda Mərkəzi Bank olmaqla hökumətin məzənnə siyasətinin yanlış olduğunu bir daha təsdiq etdi. Məhz düzgün qurulmayan siyasət nəticəsində manat əvvəlcə dəyərini 35%, sonra 48% itirdi. Bu azmış kimi valyuta bazarında hökm sürən ajiotaj milli paramızı daha 15% (bu artım səviyyəsi müxtəlif banklarda fərqlidir) dəyərsizləşdirdi. Devalvasiya prosesi hələki davam edir və bu, yekun deyil".
Mia.az-ın məlumatına görə, iqtisadtı Samir Əliyev səsləndirib. O daha sonra bildirib ki, hökumətin siyasətinin əsasını əvvəlcə "güclü manat güclü iqtisadiyyat” prinsipi təşkil etsə də, sonradan onu əlacsızlıqdan "valyuta ehtiyatlarını qorumaq” prinsipi əvəz etdi:
"Uzunmüddət manatı qorumaq üçün ehtiyatların əhəmiyyətli hissəsi xərcləndi. Mərkəzi Bankın ehtiyatının 70%-ni, Neft Fondu isə bir neçə milyard dolları manatı qorumağa sərf etdi. Nə istənilən nəticə əldə edildi, nə də ehtiyatları qorumaq mümkün oldu.
Mərkəzi Bankın əsas səhvi ondan ibarət oldu ki, ilk devalvasiyadan sonra manatı yenidən saxlamağa və hətta bəzən cüzi də olsa, bahalaşdırmağa üstünlük verdi. Halbuki fevral devalvasiyasından sonra manat tədricən ucuzlaşdırılmalı idi. Əgər ucuzlaşdırma tədricən aparılsaydı, dekabrdakı dəhşətli devalvasiyaya da ehtiyac qalmazdı və valyuta ehtiyatları indiki həddə düşməzdi. Onsuz da, həmin dövrdə məzənnənin saxlanmasına rəğmən bank sektoru sürətli dollarlaşırdı.
Mərkəzi Bankın ikinci böyük səhvi üzən məzənnəyə keçmək oldu. Əvvəl də qeyd etdiyimiz kimi, bunun adı üzən məzənnədir. Əslində isə devalvasiya bəhanəsi idi. Mövcud durum üzən məzənnəyə keçidə imkan vermir. Bunun fasadları ağır ola bilər və artıq onu görürük. Çünki ölkənin nə diversifikasiya olunmuş iqtisadiyyatı var, nə qiymətli kağızlar bazarı normal inkişaf edib, nə də strateji məhsulların idxaldan asılılığı aradan qalxıb. Tam üzən məzənnəyə keçid manatı dəfn etməyə bərabərdir. Deməli, söhbət tam idarəolunan üzən məzənnə siyasətindən söhbət gedə bilər. Əsas bankın üçüncü səhvi də məhz sistemsiz idarəolunan üzən məzənnəyə keçid oldu. İlk addım kimi devalvasiyadan sonra 2%-lik marja götürüldü. Nəticədə valyuta bazarında qarışıqlıq yarandı. Valyuta birjasının normal fəaliyyət göstərmədiyi, Mərkəzi Bankın isə bazarı zəruri həcmdə dollarla təmin etmədiyi bir vaxtda marjanın götürülməsi səhv addım idi. Yenidən marjanı bərpa etməklə (bu dəfə 4%) baş requlyator 18 gün əvvəlki səhvini düzəltdi. Bu addım fikrimcə, bazarda müəyyən sabitlik yaradacaq. Əlbəttə problemin həlli bunda deyil. Səbəb köklü problemdir. Bu addım da manatın ucuzlaşmasının qarşısını almayacaq, sadəcə qiymətlər arasındakı fərqi və bankların sui-istifadə addımlarını minimuma endirəcək. Ancaq devalvasiyanın qarşısını ala bilməyəcək.
Mərkəzi Bank əslində marjanı götürməklə dolların bahalaşması məsuliyyətini bankların üstünə atmışdı. Banklar isə bunu çox nizamsız və təhlükəli şəkildə həyata keçirtdi. Bu, gözlənilən idi. Çünki həm bazar buna hazır deyildi, həm də ajiotaj aradan qalxmamışdı. Marjanı bərpa etməklə Mərkəzi Bank məsuliyyəti yenidən üzərinə götürdü. Bundan sonra manatın ucuzlaşma ağırlığı rəsmi məzənnənin üzərində düşəcək. Bundan sonra rəsmi məzənnənin gündəlik artımını müşahidə edəcəyik. Yumşaq devalvasiya davam edəcək. Banklar öz növbəsində dollar satışını məhdudlaşdıracaq. Hökumət isə manata inamın qaytarılması barədə düşünməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi