"Mərkəzi Bank çox əlacsiz durumda görünür" - Ekspertdən dəyərləndirmə

img

08-01-2016 [22:54]


"Mərkəzi Bankın nəzdində bir araşdırma-tədqiqat mərkəzi fəaliyyət göstərir. Orada kifayət qədər savadlı və bacarıqlı insanlar çalışır və araşdırma aparırlar. Amma aparılan araşdırmaların əksərən ya qlobal məsələləri ya da çox nəzəri məsələləri əhatə etməsi başa düşülən deyildi. Bu araşdırma mərkəzində ölkənin milli valyutası və banl-kredit sektorunun durumu, onu gözləyən təhlükələr və mümkün təhlükələrin aradan qaldırılması yolları araşdırılmayıbsa, belə mərkəzlər nəyə lazımdır”. Mia.az xəbər verir ki, bunu iqtisadçı Azər Mehtiyev öz feysbuk səhifəsində yayıb.

A.Mehtiyevin sözlərinə görə, mərkəzin işi ölkədə "holland sindromu"nun olmadığını sübut eləmək, analoqsuz inkişafı təbliğ etmək yox, milli valyutanın köpük kimi şişirdilərək "möhkəmləndirilməsi"nin fəsadlarını proqnozlaşdırmaq, ölkənin pul-kredit bazarının real durumunu qiymətləndirmək və mümkün təhlükələri müəyyən etmək olmalı idi: "Dolların 0.78 manat səviyyəsinədək "düşürülməsi"nin nəyin hesabına baş verməsi o qədər aydın görünürdü ki, bunun üçün dərin araşdırmalara heç ehtiyac yox idi. Amma, bir gün neftin qiymətinin 40 dollardan aşağı düşəcəyi təqdirdə nəyin baç verəcəyini araşdırmaq mümkün idi. Vaxtında bu araşdırılsaydı, indiki durumda Milli Bank daha sistemli tədbirlərə hazır ola bilərdi. İndi isə MB çox əlacsiz durumda görünür: çökən yalnız manat deyil, ölkənin bank sistemi də çökməkdədir...

Monetar siyasət uğursuz büdcə siyasətinin və populist iqtisadi siyasətin qurbanına çevriləndə indiki durum qaçılmaz olur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA