Bakıda dolların satışı 1,84 AZN oldu

img

08-01-2016 [12:50]


"Report" agentliyinin analitik qrupunun bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 12:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnəsinin yenidən artdığı qeydə alınıb.

"Qafqazinfo"nun məlumatına görə, əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,77 manat, satışı isə 1,84 manata aparılır.

Qeyd edək ki, dünən əksər valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,72-1,78 AZN/USD olub, bəzi hallarda isə həttə 1,75-1,80 AZN/USD-yə çatıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi - 1,5642 AZN/USD olsa da, bu gün AMB-nin valyuta hərracı keçirməməsi valyuta bazarında ajiotaji daha da artırıb.

Xatırladaq ki, AMB dünən, yanvarın 7-də keçirdiyi valyuta hərracında tələbin yalnız 19%-ni qarşılayıb və 50 mln. dollar satıb.

Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. AZN/USD məzənnəsinin həftə sonu 2,00 AZN/USD-yə çatması artıq reallığa bənzəyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA