"Bu gün Azərbaycan manatını öldürən məmurlardır" - Partiya sədrindən manat açıqlaması

img

07-01-2016 [17:24]


2015-ci ilin 21 dekabrında manat ikinci dəfə devalvasiyaya uğradı.

Manatın dollara nisbətdə kəskin ucuzlaşmasından sonra sosial şəbkələrədə manatı lağlağıya qoyan fotolar, videoçarxlar yayılmağa başladı.Milli valyutamıza bu hörmətsizliklə bağlı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev ölkə.az-a danışıb: "Bu gün Azərbaycan manatını öldürən məmurlardır. Manatın bu günə düşməsi məmurların şəxsi marağına xidmət edir. Cibində manat olan məmur görmüsünüz? Hamısının cibində topa ilə dollardır. Manat bundan da pis günə qalacaq. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bərbad bir vəziyyətdədir. Əgər biz kartofu, soğanı, südü xaricdən gətirib millətin genefondunu məhv ediriksə, manat necə dözsün. Əgər bizdə iqtisadiyyat düzgün qurulsa idi, manat da bu günə düşməzdi.

Manat dövlətin atributudur. Onu lağlağı yerinə qoymaq olmaz. Fağır bir manat tapıblar, sağdan da döşəyirlər, soldan da döşəyirlər. Məmurlar manatı öldürüb fağır gününə qoydular. O məmurların cibindən manat çıxsa gəl mənim qulağımı kəs!".

Qeyd edək ki, ölkədə ilk devalvasiya 21 fevral 2015-ci ildə oldu. Həmin zaman manat 36% dollara nisbətə ucuzlaşmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA