Dünya Bankından bədbin proqnoz - iqtisadiyyatlar çökür

img

07-01-2016 [15:32]


Dünya Bankı Çində iqtisadi artımın yavaşıması, Braziliya və Rusiyada iqtisadi daralmanın davam etməsi səbəbindən qlobal iqtisadiyyatın zəifləyəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Dünya Bankı ikinci nəzərdən keçirmə hesabatında 2016-cı ili üçün qlobal artımı 3.3 faizdən 2.9 faizə endirib.

Dünya Bankı Çin ilə əlaqədar artım proqnozunu da 7 faizdən 6.7 faizə endirib. 2017-ci il üçün isə bu rəqəm 6.5 faizə qədər düşə bilər. Dünya Bankı hesab edir ki, Braziliya iqtisadiyyatı bu il 2.5 faiz daralacaq, Rusiya iqtisadiyyatında azalma 0.7 faiz səviyyəsində olacaq.

Dünya Bankı həmçinin dolların dəyər qazanmasının ABŞ ixracatına mənfi təsir edəcəyini ifadə edib. ABŞ iqtisadiyyatı üçün artım proqnozu 2.8 faizdən 2.7 faizə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA