07-01-2016 [10:59]
Azərbaycanda manatın təkrar devalvasiyası nəticəsində "Viator Mikrokredit Azərbaycan” – bank olmayan kredit təşkilatının (BOKT) vaxtı keçmiş kreditləri 40%-ə çatıb.
Mia.az Fins.az-a istinadən xəbər verir ki, bunu BOKT-un İdarə Heyətinin sədri Aynur Əliyeva bildirib.
Onun sözlərinə görə, dolların kəskin bahalaşmasından sonra bu valyutada kredit götürmüş müştərilər kütləvi şəkildə ödəniş etməkdən imtina edir: "Müştərilər hələ dollar şokundan ayılmayıb. Gəlirlər, dava-dalaş salırlar, bizə soyğunçu deyirlər. Bəziləri bildirir ki, ümumiyyətlə ödəməyəcəm, bəziləri köhnə məzənnə ilə ödəyəcəyini deyir. Halbuki, onların 30%-nin ödəməyə imkanı var”.
A.Əliyeva bildirir ki, dollar kreditləri olan müştərilərə güzəşt ediləcəyi barədə tez-tez yayılan məlumatlar da müştəriləri arxayınlaşdırır və ödəniş etməməyə həvəsləndirir: "Televizorda bəzən 5 min dollara qədər, bəzən 10 min dollara qədər kreditlərin bağışlanacağı və yaxud köhnə məzənnə ilə ödəniləcəyi barədə danışılır, bu da yığımlara təsir edir, kimlərisə arxayınlaşdırır, onlar da ödəniş etmirlər”.
Bütün bunlar təşkilatın vaxtı keçmiş kreditlərini artırıb:
"Onsuz da 1-ci devalvasiyadan sonra vəziyyət pisləşmişdi, problemli kreditlərimiz 35% idi, çətinliklə restruktizasiya edib 25%-ə salmışdıq, yenidən artıb bu dəfə 40% oldu”.
"Məzənnənin gün ərzində dəfələrlə dəyişməsi narazılıq yaradır”
Aynur Əliyevanın sözlərinə görə, problemi yaradan təkcə manatın təkrar devalvasiyası yox, həm də "üzən məzənnəyə” keçiddir. Fevraldakı vəziyyətdən fərqli olaraq bu dəfə dolların məzənnəsi "üzən” rejimdə olduğu üçün müştərilərlər BOKT arasında əlavə narazılıq yaradır: "Hər 10 müştəridən 1-i krediti dərhal bağlayır. Çünki sabah məzənnənin neçə olacağı məlum deyil. Elə bu qeyri-müəyyənlik də bizə əlavə problem yaradır”.
Gün ərzində dolların məzənnəsinin bir neçə dəfə dəyişməsi də ödənişlərdə narazılıqlara və problemlərə səbəb olur: "Dollar qıtlığı olduğu üçün çoxları ödənişi manatla edir. Amma gündə neçə dəfə məzənnə dəyişir, tez-tez banklarla əlaqə saxlayırıq, gündə 3 dəfə pul dəyişirik və ödənişləri də mövcud məzənnəyə uyğun qəbul edirik. Bu da narazılığa səbəb olur. Birindən tutaq ki, 1,65 məzənnəsi ilə qəbul etdik, o biri ödəniş edəndə kurs dəyişibsə deyinirlər ki, niyə məndən artıq pul alırlar. Özləri də gedib dollar alıb gətirib ödəniş edə bilmirlər”.
"Dollar kreditinin vaxtını uzatmaq istəmirlər”
Dolların qiyməti ilə bağlı qeyri-müəyyənlik bu valyutada olan kreditlərin restruktizasiyasına da imkan vermir. Aynur Əliyeva deyir ki, heç kim dollar borcunun vaxtının uzadılmasını istəmir. BOKT rəhbəri vəziyyətdən çıxış yolunu kreditlərin manatla yenidən maliyyələşdirməsində görür, amma bunu da hamıya etmək çətindir: "Daha çox çalışırıq aztəminatlı, maddi vəziyyəti çətin olan müştərilərin kreditini manata çevirək, bunun üçün 150-200 min manat ayırmışıq. Bunu da ancaq 1500 dollara qədər olan kreditlərə edirik. Bunu etmək üçün də növbələr yaranıb”.
"Yenidən ixtisarlara başlamışıq”
Mövcud vəziyyət "Viator Mikrokredit Azərbaycan”ı yenidən xərclərini azaltmağa, filiallarını və işçilərini ixtisar etməyə məcbur edib: "Fevralda bizim 160 işçimiz var idi, 1-ci devalvasiyadan sonra 120-yə qədər azaltmışdıq. Indi yenidən ixtisarlar edirik, 5-6 nəfər artıq işdən çıxarılıb, bəzilərinin müqavilələrinin müddətini artırmayacağıq, yəqin ki, ilkin olaraq işçilərin sayını 100-ə endirəcəyik”.
Təşkilat öz filiallarının sayını da azaldacaq:
"İndi 7 filialımız var, amma yəqin ki, onların da sayı azaldılacaq, bəziləri birləşdiriləcək. Məsələn, Ağdaşdakı filialımızın martdan bağlanması nəzərdə tutulub. Elə əvvəlcədən də o filialda ödənişlərlə bağlı vəziyyət yaxşı deyildi, maaşların verilməsində problemlər var idi”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi