06-01-2016 [22:14]
"Mərkəzi Bank hər gün dollar satışı həyata keçirir. Ancaq bu satış bazarın ehtiyacını ödəmək qabiliyyətində deyil. Valyuta bazarının ikinci ən böyük donoru olan Neft Fondu isə yeni ildə hələki dollar satışı etməyib".
Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə göörə, Fond dövlət büdcəsinə bu il ümumilikdə 6 milyard manat və ya indiki məzənnə ilə təxminən 3,9 milyard dollar transfer edəcək:
"Məzənnədə dəyişiklik olmasa, Neft Fondunun aylıq öhdəliyi 321 milyon dollar olacaq. Deməli, Fond hər ay bazara bu qədər dollar satacaq. Yəqin yaxın günlərdə satış baş tutacaq. Ancaq hazırda ölkənin maliyyə bazarında baş verənləri izah etmək çox çətindir. Görünən odur ki, məqsədli şəkildə manatın ucuzlaşdırılması prosesi gedir. Bu ucuzlaşma təkcə neftin ucuzlaşması və kapital axını ilə bağlı deyil. Hərgah, bu iki amil kifayət qədər güclüdür və uzun müddət manatı təzyiq altında saxlayacaq".
İqtisadçı bildirib ki, artıq son günlər üçüncü amil – spekulyasiya proseslərə diqtə etməyə başlayıb:
"Üzən məzənnə rejimində, hətta idarə olunan olsa belə, spekulyasiya imkanları genişlənir. Hazırda spekulyasiyanın qiymətlərə təsiri artıb. Spekulyasiya daim məzənnə sabitliyini pozur, məzənnə oynaması kəskin olur. Yəni dolların bahalaşdığı bir şəraitdə bir anlığa manatın qısamüddətli bahalaşması baş verə bilər. Belə halın baş verməsi tam mümkündür. İndiki vəziyyətdə hökumətin kənardan seyirçi mövqedə durması başa düşülən deyil. Mərkəzi Bank bu gün satış həyata keçirtməyib və bunun təkrar olunmamasına zəmanət yoxdur. Həm Mərkəzi Bank, həm də Neft Fondu öz ehtiyatlarını qorumaq niyyətindədir. Neft isə ucuzlaşmaqda davam edir. Devalvasiya hesabına neft dollarları yüksək nominallı manat gəlirlərinə çevrilir. Qiymət artımı hesabına dövriyyə artır və paralel olaraq vergi daxilolmaları da artır. Büdcənin icrasının yükü əhalinin üstünə atılıb".
Samir Əliyevin sözlərinə görə, hər bir halda belə vəziyyət yaxşı heç nə vəd etmir:
"Bu gün əsas sual üçüncü devalvasiyanın olub-olmaması deyil. Manatın hansı həddə qədər ucuzlaşması narahatlıq yaradır. Belə getsə, dəyişiklik vergüldən əvvəlki rəqəmdə baş verə bilər. Üzən məzənnədə devalvasiya hadisə sayılmır. Çünki proses hər gün gedir. Deməli, üçüncü devalvasiya qorxusu da olmamalıdır. Hökumət özündən asılı olan (kapital axını) və asıl olmayan (neftin ucuzaşması) problemləri həll edə bilmirsə, heç olmazsa spekulyasiyanın qarşısını alsın. Qara bazarın yaradılması ölkənin maliyyə sistemini təhlükə altına ala bilər. Ölkədə dollara tələbat çoxdur. Mərkəzi Bank isə hələki bankların tələbatını qarşılamaq niyyətində olmadığı kimi görünür".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi