06-01-2016 [12:01]
Rövşən AĞAYEV, İqtisadçı
Acemoğlu və Robinsonun "Xalqların çöküş"ü əsərində Sovetlərlə bağlı maraqlı qeydlər var. Müəlliflərin istifadə elədiyi faktlar göstərir ki, Əfqanıstana müdaxiləyə qədər SSRİ-nin iqtisadi imkanları Qərb üçün kifayət qədər böyük görünüb - gerçəkdə olduğundan.
Müəlliflər yazır ki, sosalist inqilabından dərhal sonra Leninlə danışıb bolşeviklərin gerçək niyyətini anlamaq və onlarla anlaşmaq üçün amerikanlar gənc diplomat Bullitin və dövrünün ən intellektual və tanınan qəzetçisi Steffensin təmsilçiliyilə nümayəndə heyətini Rusiyaya göndərdi.
Qayıdandan bir müddət sonra Steffens heyranlıqıa yazırdı ki, SSRİ təkamül planı olan inqilabi dövlətdi. Sonralar Steffens yenə SSRİ-də oldu və ondan yaxın tanışları "demək Rusiyadaydın" deyə soruşanda, "Yox, gələcəkdəydim və mən artıq gələcəyi görmüş sayılıram", - deyə, cavab vermişdi.
20-30-cu illərdə Qərbin Sovetlər haqqında təsəvvürü bu idi. Hətta Xruşşov 1956-cı ildə BMT tribunasından Qərbə xitabən "Sizi göməcəyik" deyəndə də, bir çox Qərb liderlərinin ayaqları əsirdi.
Nobel mükafatlı iqtisadçı Pol Samuelson yazdığı iqtisadi dərslikdə Sovetlər Birliyinin yaxınlaşan iqtisadi hakimiyyətindən söz açmışdı. Hətta Samuelson 1961-ci ildə hazırladığı proqnozlarda göstərirdi ki, 1997-ci ildə SSRİ iqtisadi baxımdan ABŞ-ı üstələyəcək.
Lakin Stalin və ondan sonrakı liderlər sürətlə bir böyüməni təmin etsələr də, davamlı böyüməni təmin etməyi bacara bilməmişdilər. Sovetlər 30-50-ci illərdə böyüdü, amma bunun əsas səbəbi o idi ki, Qərblə müqayisədə Sovetlərdə texnlogiya çox əski idi. Hökumət texnoloji geriliyi kompensasiya etmək üçün sənayeyə nəhəng resurslar yönəldirdi və hətta nəticə səmərəli olmasa da, bu nəhəng resursların müqabilində kəmiyyətcə böyümə qaçılmaz idi. Amma bu cür səmərəsiz, bütün kontrolu dövlətin əində olan, insanların bacarıqlarından yetərincə yararlanmayan, doğru təşviqlər tətbiq etməyən iqdisadiyyat üçün resursların gen-bol xərclənməsi hüdudsuz deyil və bunun bir sonu olur. Sovetlər üçün bu son 70-ci illərdə başladı. Yalnız hərbi və kosmik sənayedə uğur qazanmğı bacaran ölkə üçün demək ki, daha qüdrətli olmaq üçün bunlar yetərli deyilmiş və Sovetlər yeniliklər və təşviqlər baxımından yoxsul olduğu üçün bir baryerlə toqquşdu və bir daha irəliləyə bilmədi.
Bu Acemoğlu və Robinsonun təsvir etdiyi SSRİ idi...
İndi Rusiya haqda da bu mifi yayanlar var - amma bu dəfə inkişaf eləmiş dünya hər şeyi bilir. Belə miflər məlumatsız cəmiyyətlərdə işə yarayır. Modern dünyada dövlətin qüdrəti onun hərbi gücündə deyil, iqtisadi qüdrətindədi, vətəndaşına xidmət başarısındadı. Bunu isə iqtisadiyyatın yaratdığı ÜDM-nin adambaşına həcmi, ölkənin ixrac potensialı, əmək haqqı və gəlirlərin səviyyəsi, mərkəzi hökumətin malik olduğu büdcə ilə ölçürlər.
Rusiyanı Qərbin ən kiçik dövlətlərindən biri ilə müqayisə edirəm, qalan nəticəni özünüz çıxarın.
Belçika - cəmi 30.2 min kv-km ərazisi var, Rusiya ərazisinin cəmi 0.2%-i qədər. Əhalisi 11 milyon nəfər - Rusiya əhalisinin cəmi 7.6%-i qədər. Adambaşına ÜDM-i 48 000 dollar - Rusiyanın göstəricisindən 4 dəfə çox. Əmtəə və xidmətlər üzrə ümumi ixracının həcmi 600 milyard dollar - Rusiyanın göstəricisindən 50 milyard dolar çox. Əmtəə və xidmət ixracı hesabına ölkənin valyuta gəlirlərinin adambaşına həcmi 53 500 dollar - Rusiyanın göstəricindən 14 dəfə çox.
İqtisadi təhlillərdə müqayisə üçün "GDP density" deyilən bir göstəricidən istifadə edilir. Bu göstərici ölkənin coğrafi imkanları ilə iqtisadi potensialı arasında əlaqəni qiymətləndirmək üçün istifadə edlilir. Bu göstərici ölkənin hər kv-kilometrinə düşən ÜDM həcmini göstərir. Rusiyada hər kv.kilometr əraziyə 113 min dollar ÜDM düşür. Belçikada bu göstərici 14.5 milyon dollardı - Rusiyanın göstəricindən təxminən 100 dəfə çox.
Belçika hökuməti hazırda təxminən 240 milyard dollar büdcəyə, Rusiya federal hökuməti 215 milyard dollar büdcəyə malikdi. Adambaşına büdcə Rusiyada 1500 dollar, Belçikada 21 000 dollar.
Orta əmək haqqı Rusiyada 450 dollar, Belçikada 3500-4000 dollar ətrafındadı.
Təhsil, elm və səhiyyə göstəricilərinin müqayisəsi ilə bağlı vəziyyət aşağı-yuxarı aydındı. Bütün inkişaf etmiş ölkələrdə orta ömür uzunluğu Rusiaydan azı 12-13 il çoxdu. Rusiya böyda nəhəngin dünyanın 100 universiteti sırasına çıxaracaq bir ali təhsil müəssissəsi yoxdursa, nəticə aydındır...
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib