SOCAR ötən il nə qədər neft və neft məhsulları satıb? - Rəqəmlər

img

05-01-2016 [21:12]


SOCAR 2015-ci ildə ixrac etdiyi neft məhsullarının statistikasını açıqlayıb.

Mia.az  SOCAR-a istinadən xəbər verir ki, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin dekabr ayında 91 min 315 ton dizel yanacağı, 8 min 52 ton təyyarə yanacağı, 8 min 598 ton yüksək təzyiqli polietilen, 1 min 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1 min 981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2015-ci ilin yanvar-dekabr ayları ərzində 965 min 788 ton dizel yanacağı, 236 min 532 ton təyyarə yanacağı, 280 ton soba mazutu, 8 min 598 yon yüksək təzyiqli polietilen, 1 min 294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1 min 981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edilib.

2015-ci ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 437,45 dollar, təyyarə yanacağının - 362,95 dollar, dizel yanacağının - 328,74 dollar, 1% kükürdlü mazutun qiyməti 164,85 dollar təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA