05-01-2016 [17:46]
Mərkəzi Bankın "üzən məzənnə” siyasətinə keçidi və manatın ikinci dəfə kəskin ucuzlaşmasının fəsadları hər gün daha ciddi hiss olunur. Dekabr ayının 22-dən etibarən çörəyin qiyməti dəyişməsə də, çəkisi azaldılıb. Müvafiq qurumlar isə buna vadar olduqlarını açıqlayır.
Yeni ilin ilk günündən etibarən 40 qəpiyə satılan və çəkisi azalan zavod çörəyinin qiyməti 10 qəpik bahalaşıb. Əgər doğrudan da Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına uyğun olaraq ölkə üzrə 2015-ci ildə 2,9 milyon ton taxıl istehsal edilibsə və əhalinin taxıla olan tələbatının 70-75 faizi ödənilirsə, qiymət, cüzi idxala (20-25 faiz) görə niyə bahalaşmalıdır?
Ekspert Vahid Məhərrəmov modern.az saytına deyib ki, Azərbaycanda bütün sahələrdəki kimi, çörək istehsalı sahəsində də inhisarçılıq yaranıb: "Ərzaq buğdasının idxalı, emalı, çörəkbişirmə tamamilə bir neçə nəfərin əlində cəmləşib. Bəzi çörək istehsalı ilə məşğul olan az sayda sərbəst kiçik müəssisələr olmasına baxmayaraq, Bakı şəhərində həlledici mövqe inhisarçıların əlindədir. Bazarda çörəyin qiymətini onların "görünməz əli” müəyyən edir.
Prezident də bildirmişdi ki, xarici valyuta ilə alınaraq, ölkəyə idxal olunan məhsulların qiyməti artırıla bilər. Bu məhsulların sırasına ərzaq buğdası və ondan alınan un, həmçinin həmin undan əldə olunan çörək də daxildir”.
Ekspertin sözlərinə görə, məsələ ilə bağlı xeyli sayda şikayət alıb: "Yerlərdən aldığım məlumatlara əsasən, buğdanın qiyməti iki dəfə, unun qiyməti 50 faiz, çörəyin qiyməti isə 30 faizdən çox artıb. Belə davam edərsə, qiymət artımı daha ciddi, daha qabarıq özünü göstərəcək”.
Vahid Məhərrəmov deyib ki, Azərbaycanın ərzaq buğdası tamamilə idxaldan asılıdır: "Dövlət Statistika Komitəsi və Gömrük Komitəsinin məlumatlarına əsasən, əminliklə deyirəm ki, Azərbaycan ərzaq buğdasına olan ehtiyacını tamamilə idxal hesabına ödəyir. Bizim ərzaq buğdasına olan ehtiyacımız 1 milyon 300 min ton olduğu halda, son illər ölkəyə 1 milyon 700 min ton taxıl idxal olunub ki, bunun da 1 milyon 500 min tonu buğdadır”.
Onun sözlərinə görə, "Azərbaycanda 65-70 faiz ərzaq buğdası istehsal olunur” fikri tamamilə cəfəngiyyatdır: "Ölkədə heç 1 milyon ton buğda istehsal olunmur. İstehsal olunanın da keyfiyyəti aşağı olduğu üçün mal-qaraya yedizdirilir. Daxildə istehsal olunan və Dövlət Taxıl Fondunun qəbul etdiyi 5-10 min ton taxıl isə məmur-oliqarxların məhsuludur.
Azərbaycan ərzaq buğdasına olan ehtiyacını 100 faiz idxal hesabına ödəyir. İdxaldan asılılığımız digər mallar və məhsullar üzrə də getdikcə artır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi