05-01-2016 [10:19]
Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara yaxın vaxtlarda başlanacaq.
Bunu Trend-ə müsahibəsində Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyd edib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.
Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Ə.Əhmədov bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə Azərbaycanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq.
Azərbaycanın yaxın zamanlarda dərman istehsalına başlayacağını güman etdiyini söyləyən Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanda, demək olar, dərman istehsalı yoxdur. Azərbaycanda istifadə edilən dərmanların böyük əksəriyyəti xaricdən gətirilir.
Baş nazirin müavini əlavə edib ki, dərmanların xaricdən gətirilməsi bir tərəfdən Azərbaycanda daxili bazarın normal şəkildə fəaliyyət göstərməsinə mənfi təsir edir, digər tərəfdən, bunun nəticəsində böyük həcmdə valyuta Azərbaycandan kənara çıxır: "Üçüncü tərəfdən, bu, bütövlükdə milli təhlükəsizlik problemi məsələsinə gətirib çıxarır. Buna görə də Azərbaycanda dərman istehsalı aktual olaraq müzakirə olunur. Çox intensiv şəkildə Azərbaycanda dərman istehsalının təşkil olunması üçün işlər aparılır. Amma burada bir cəhətə diqqət yetirilməlidir. Dərman istehsal edən müəssisələr çoxdur. Amma dərman xüsusi məhsul növüdür, istənilən müəssisənin Azərbaycana gəlib dərman istehsal etməsi də o qədər məqsədəuyğun olmazdı. Ona görə də çalışmaq lazımdır ki, Azərbaycana ciddi reputasiyası olan, keyfiyyətli məhsul hazırlaya bilən müəssisələr gəlsin”.
Dərmanların qiyməti məsələsinin də Azərbaycan prezidentini, ümumilikdə Azərbaycan hökumətini ciddi şəkildə narahat etdiyini deyən Ə.Əhmədov dərmanların qiymətinin tənzimlənməsini vacib hesab edib: "Prezidentin birbaşa tapşırığı ilə, onun özünün nəzarəti altında praktika tətbiq edilib, dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənir. Dərmanların qiymətlərinin bu ya digər formada tənzimlənməsi praktikası, demək olar, əksər dövlətlərdə, o cümlədən Avropa ölkələrinin əksəriyyətində tətbiq olunur. Dərman elə bir məhsuldur ki, onun qiyməti dövlət tərəfindən, yaxud hansısa formada tənzimlənməlidir”.
Baş nazirin müavini əlavə edib ki, dərmanların keyfiyyətinə nəzarət də dövlət tərəfindən ciddi şəkildə həyata keçirilməlidir.
Onun sözlərinə görə, dərmanların keyfiyyətinin yaxşı və ya pis olmasını ondan istifadə edən müəyyənləşdirə bilmir: "Bu, eyni zamanda dərmanın qiymətinə də aiddir. Dərman bu qiymətə dəyər-dəyməz - bunu vətəndaş müəyyənləşdirə bilməz. Belə olan halda dövlət məsələyə müdaxilə etmək məcburiyyətində qalıb”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi