Dolları nə gözləyir? - "Bloomberq"dən proqnoz

img

02-01-2016 [22:16]


"Bloomberq" agentliyi 2016-cı ildə ABŞ dollarının əsas rəqiblərinə nisbətən daha da möhkəmlənəcəyini proqnozlaşdırır.

Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, belə bir proqnozu agentliyin sorğusuna cəlb olunan ekspertlər irəli sürüblər. Analitiklər əmindirlər ki, 2016-cı ilin sonlarında ABŞ dolları 10 əsas dünya valyutasının 7-sinə nisbətən əhəmiyyətli dərəcədə möhkəmlənəcək. Bu sırada yalnız Kanada dolları, Britaniya funt-sterlinqi və Norveç kronu istisna təşkil edəcək.

ABŞ dollarına nisbətdə ən çox Yeni Zelandiya dollarının (7,9 faiz), İsveçrə frankının (5,9 faiz) və Avstraliya dollarının (5,5 faiz) məzənnəsi aşağı düşəcək. Danimarka və İsveç kronu təxminən 5 faiz, yapon yeni 3,5 faiz, avro isə 2,9 faiz ucuzlaşacaq.

Ekspertlər ABŞ dollarının əhəmiyyətli dərəcədə möhkəmlənməsini federal ehtiyatlar sisteminin son 9 ildə ilk dəfə olaraq faiz dərəcəsini yüksəltməsi ilə izah edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA