Əmanətlərin Sığortalanması Fondu müflis ola bilər

img

02-01-2016 [15:43]


"2016-cı ildə problemli kreditlərin həcmi azı iki dəfə artacaq”. Bunu Modern.az saytına maliyyə sahəsi üzrə ekspert, IJS Hüquq Firmasinin direktoru, vəkil Əkrəm Həsənov bildirib.

Ekspert deyib ki, bu hələ optimist proqnozdur: "Xüsusilə dollar kreditləri üzrə vəziyyət kritik həddə çatacaq. Eyni zamanda manat kreditləri üzrə də artım kəskin olacaq. Çünki, hər bir halda qiymətlərin, işsizliyin artması, əhalinin gəlirlərinin azalması istənilən valyutada olan kreditlərin ödənilməsini ağırlaşdırıb.
Dollar kreditlərinin ödənilməsi isə əksər hallarda, ümumiyyətlə mümkünsüz olub. Əgər fevral devalvasiyasından sonra problemli kreditler əsasən əhalinin borcları üzrə artdısa, bu dəfə biznes kreditleri üstünlük təşkil edəcək. Çünki, bir çox sahibkarlar və şirkətlər müflis olacaq. Bu səbəbdən onlar kreditlərini də ödəməyəcək”.

Ə.Həsənov bildirib ki, bank sektorunda ciddi iflaslar gözlənilir:

"Bütün bunlar nəticə etibarilə bankların çoxunu çökdürəcək və əmanətlərin geri qaytarılmasında ciddi təhlükə yaranacaq. Artıq bir neçə bank əmanətləri qaytara bilmir. Belə getsə Əmanətlərin Sığortalanması Fondunun özü müflis olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA