01-01-2016 [23:53]
Bu gündən yeni məbləğdə təsdiqlənən yaşayış minimumu qüvvəyə minib. 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 , əmək qabiliyyətli əhali üçün 146 , pensiyaçılar üçün 115 , uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilib.
Mia.az Modern.az-a istinadən xəbər verir ki, iqtisadçı Rövşən Ağayev 4 nəfərdən ibarət ailənin minimum yaşayış xərclərini hesablayıb.
İki məktəbyaşlı uşaqdan, ata və anadan ibarət tipk ailə ay ərzində:
1) 40 kq çörək və un məmulatları (vermişel, makaron və s.) istehlak etməlidir – indiki qiymətlərlə təxminən 32 manat
2) 70 kq kartof istehlak etməlidir – indiki qiymətlərlə təxminən 85 manat
3) 35 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 25 manat
4) 55 kq meyvə və giləmeyvə istehlak etməlidir – indiki qiymətlərlə təxminən 70 manat
5) 12 kq ət və ət məmulatları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 75 manat
6) 80 kq süd və süd məmulatları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 50 manat
7) 3 kq balıq istehlak etməlidir – indiki qiymətlərlə təxminən 20 manat
8) 60 ədəd yumurta istehlak etməlidir – indiki qiymətlərlə təxminən 15 manat
9) 6 kq şəkər və qənnadı məmulatlar istehlak etməlidir – indiki qiymətlərlə təxminən 8-9 manat
10) 3 kq bitki yağları istehlak etməlidir – indiki qiymətlərlə təxminən 12 manat
11) 2.5 kq kərə yağı istehlak etməlidir – indiki qiymətlərlə təxminən 20 manat
12) Çay və duz kimi digər ərzaq məhsulları – indiki qiymətlərlə təxminən ayda 5-6 manat
13) 40 kub su istehlak etməlidir (həm içməli və məişət, həm də kanalizasiya xidmətləri üçün ) – 12 manat
14) 200 kVt/s elektrik enerjisi istehlak etmlədir – 12 manat
15) 185 nəqliyyat gedişindən istifadə etməlidir – 37 manat
16) 84 kub qaz istehlak etməlidir – 8.4 manat
17) Rabitə və internet xidmətləri ödəməlidir - ən ucuz variantda 13.2 manat ödəməlidir
18) Mənzilin qızdırılması üçün vəsait ödəməlidir. Qanunvericilik bunun üçün minimum yolverilən məbləğ nəzərdə tutmur. Amma təcrübə göstərir ki, ailədə 1 nəfər üçün aylıq xərc 7-8 manatdan az deyil. Bu isə təxminən ayda bir ailə üçün 28-30 manatdır
19) Digər xidmətlər (məişət, səhiyyə, təhsil, istirahət və s.) - qanunvericiliyə görə yuxarıda göstərilən xidmətlərə aylıq xərcin 15%-i də bu xidmətlər üçün nəzərdə tutulmalıdı. Bu isə təxminən 17 manat edir.
Beləliklə, 4 nəfərlik ailənin aylıq ərzaq xərcləri ən aşağı qiymətlərlə 420 manat, xidmətlər üzrə xərcləri 130 manat təşkil edir – yəni təkcə ərzaq və xidmətlər üzrə minimum xərclər 550 manat.
Halbuki yanvarın 1-dən qüvvəyə minən yaşayış minimum haqqında qanunu əsas götürsək, 2 məktəb yaşlı uşağı olan ailə üçün yaşayış minimumunun dəyəri 526 manat təşkil edir.
İndi təsəvvür edək ki, bu tipik ailədə hər 2 ailə başçısı işləyir və minimum əmək haqqı səviyyəsində maaş alırlar - yəni ailə büdcəsinin aylıq gəliri 210 manat. İndi təkcə minimum xidmətlər və ərzaq üçün çatışmayan 340 manat bu ailə haradan almalıdır?
Amma unutmayaq ki, qüvvədə olan yaşayış minimumu təkcə 2 səbətdən - ərzaq və xidmətlər səbətindən ibarət deyil. 3-cü səbət də var – qeyri-ərzaq səbəti.
Bura geyim və ayaqqabı, yataq ləvazimatları, məktəb əşyaları, məişətdə istifadə edilən ən zəruri əşyalar da daxildir. Bu səbətin də minimum dəyərini hökumət müəyyən ertmir. Amma yaşayış minimumu heç ən zəruri ərzaq və xidmətlərin minimum normativlərlə istehlak üçün yetərli deyil – o ki, qala geyim və məişət əşyalarının alınması üçün. Yəni sənin 1 kq ət almağa pulun ola bilər, amma həmin əti bişirmək üçün qazanın yoxdursa yenə yoxsul sayılırsan. Ya da qazanın və ətin var, amma yandırmağa qazın və ətə tökməyə suyun yoxdursa minimum zəruri tələbatı ödənməyən yoxsul sayılırsan.
Hələ bir faktın üzərindən sükutla keçdim ki, bizdə minimum rəsmi ərzaq normativləri nəinki inkişaf etmiş ölkələrdən, hətta Rusiya və Qazaxıstandan da aşağıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi