24-12-2015 [18:13]
Azərbaycanda manatın yenidən ucuzlaşması 2-ci əl avtomobil bazarında da durğunluq yaradıb. Mia.az xəbər verir ki, fins.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, bu bazarda alqı-satqı yox dərəcəsinə enib. Avtomobil satıcıları deyir ki, əvvəllər az da olsa, alıcı tapılırdı. Son günlərdə isə bir nəfər də olsun avtomobil alan olmayıb.
"Bir müştəri tapmışdıq, onu da dollar qorxutdu”
Badamdar avtomobil bazarının iştirakçıları bildirirlər ki, təkrar devalvasiyadan sonra bir avtomobil də satılmayıb. Onların sözlərinə görə, onsuzda az olan satışlar hazırda 0 səviyyəsinə düşüb.
Məsələn, satıcı Oley Şamxalov deyir ki, hazırda avtomobil bazarı iflic vəziyyətdədir. Buna görə də, məcbur olub avtomobillləri 3000 manata kimi ucuzlaşdırıblar: "Məsələn, devalvasiyadan 3 gün əvvəl bir müştəri tapılmışdı. 2001-ci il model 3.2 l mühərrikli "Mercedes E Class” avtomobilini sifariş etmişdi. 11 min manatlıq avtomobilin yekun qiymət olaraq 8 min manata satılması ilə bağlı razılığa gəlmişdik. Amma bank krediti dollarla təklif etdi. Manat ucuzlaşdığından müştəri avtomobili almaqdan imtina etdi”
O.Şamxalov onu da bildirib ki, əvvəllər bazarda satış şənbə və bazar günləri olurdu. Satışlar azaldığından yalnız bazar günləri avtomobil satışı olur.
"Avtomobillər 2 dəfəyə yaxın ucuzlaşa bilər”
Satıcının sözlərinə görə, istehsal tarixi 2012-ci ilə qədər olan avtomobillərin 2 dəfəyə yaxın ucuzlaşacağı gözlənilir. Məsələn, 32 min manatlıq 2012-ci il model "Toyota Prado” 21 min manata qədər ucuzlaşsa da, alan yox idi. Devalvasiyadan sonra bu avtomobili 15-16 min manatdan yüksək qiymətə satmaq olmayacaq. İstehsal tarixi 2012-ci ildən yuxarı olan avtomobillərin qiyməti isə 1,5 dəfəyə qədər düşəcək.
Ayda 20 avtomobil satan salon indi alıcı tapa bilmir
Fərdi avtomobil satıcıları ilə yanaşı avtosalonlar da satışların dayandığını deyirlər. "Okean” avtosalonundan fins.az-a verilən məlumata görə, əvvəl ay ərzində 20 avtomobil satılırdısa, hazırda avtomobil alan yoxdur. Buna baxmayaraq, əvvəl manatla satılan avtomobillər hazırda dollarla satılır. Məsələn, əvvəl 12600 manata satılan 2008-ci il model "Hyundai Sonata” hazırda müştərilərə 10200(15500 manat) dollara təklif edilir. 11500 manat olan 2007-ci il model "Hyundai Sonata” isə 9 min dollara (14880 manat) satılır. Avtomobillər dollarla ucuzlaşsa da, manatla bahalaşıb. Avtosalonun satıcısı bunu Cənubi Koreyadan sifariş edilən avtomobillərin dollarla alınması ilə əlaqələndirib. Salondan bildirilib ki, 2-ci əl avtomobillər 2 dəfə olmasa da, 20-30 % ucuzlaşacaq.
"Gürcüstandakı qadağa avtomobilləri 30-40% bahalaşdıracaq”
Avtomobil bazarından digər satıcı German Quliyev də manatın ucuzlaşmasından sonra satışların dayandığını deyib: "Əvvəllər ay ərzində 1-2 avtomobil sata bilirdik. Hər gün 15-20 nəfər müraciət edib avtomobil qiymətləri ilə maraqlanırdı. Dolların bahalaşmasından sonra bir nəfər də müraciət etməyib”.
Almaniyadan avtomobil gətirməklə məşğul olan satıcı digərlərindən fərqli olaraq 2-ci əl avtomobil bazarında qiymətlərin artacağını düşünür. Belə ki, yeni ildən Gürcüstanda qüvvəyə minəcək yeni qaydalara əsasən ölkəyə istehsal tarixi 2010-ci ildən aşağı olan avtomobilləri gətirmək qadağan ediləcək. Belə olan halda Azərbaycana gətiriləcək ili köhnə olan 2-ci əl avtomobillər də 30-40 % bahalaşa bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi