"Avropaya neft satışında problem yoxdur" - SOCAR yayılan xəbərlərə aydınlıq gətirdi

img

23-12-2015 [22:03]


"Azərbaycanın Avropanın neft emalı zavodlarına neft satışı ilə bağlı heç bir problemi yoxdur".

Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

""Azeri Light" markalı neftin satışı ilə bağlı heç bir problemimiz yoxdur. SOCAR neft satışını bazar konyunkturasına uyğun formalaşan qiymətlər əsasında həyata keçirir. Ötən illər ərzində SOCAR "Azeri Light" neftinin satış bazarını kifayət qədər yaxşı inkişaf etdirə bilib. Müxtəlif regionlardan olan istehlakçılar daimi əsaslarla Azərbaycan neftini almağa üstünlük verirlər", - deyə, SOCAR-dan bildirilib.

Qeyd edək ki, bəzi KİV-lərdə dünya bazarında neftin aşağı qiymətə satılması səbəbindən Avropanın əksər neft emalı zavodlarının emal xərclərini azaltdığı və buna görə guya "Azeri Light" neftindən imtina edərək, daha ucuz neft markaları almağı üstün tutduğu barədə xəbərlər yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA