23-12-2015 [16:50]
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə dekabrın 21-də manatın devalvasiyaya uğramasından sonra ölkə ərazisində un və un məmulatlarının, o cümlədən çörəyin qiymətində artım müşahidə olunur.
Aparılan araşdırma göstərir ki, mağazalarda "zavod çörəyi” kimi tanınan un məmulatı istehlakçılara müxtəlif qiymətlərə və ən əsası müxtəlif çəkiyə təklif olunur. Məsələn, "Can” çörək istehsalı müəssisəsində istehsal olunan çörək istehlakçılara 33 qəpiyə təklif edir, lakin çörəyin çəkisi 420 qramdır.
"Xəzər” çörək zavodunun istehsalı olan çörək paytaxtın iri mağazalarından birində alıcılara 39 qəpiyə satılır. Həmin çörəyin çəkisi isə 534 qramdır.
Xatırladaq ki, Azərbaycanda qüvvədə olan dövlətlərarası standartın tələblərinə əsasən bu cür çörəyin çəkisi 500 qramdan aşağı olmamalıdır.
Bazardakı tendensiya onu göstərir ki, qiyməti artırmayan çörəyin çəkisini azaldır, çəkini stabil saxlayan isə qiyməti artırır.
Məlumat üçün qeyd edək ki, istehsalçı tərəfindən mağazalara çatdırılan çörəyin qiymətinin üzərinə 3-4 qəpik əlavə olunur.
"Sərham” MMC-nin (Bakıxanov çörək zavodu) direktoru Sərvər Məmmədov bildirib ki, unun qiymətinin artması çörəyin bahalaşmasını zəruri edir: "Hazırda unun bir kisəsinin qiyməti 25-26 manat təşkil edir, əvvəllər isə 18 manat idi. Bu çörəyin qiymətinə də təsir edəcək. Ola bilər ki, biz çörəyin qiymətinin artırılmasını deyil, çəkisini azaltmağı seçək”.
İri un istehsalçıları deyir ki, devalvasiyaya qədər kisəsi 18-18,50 manata olan unun kisəsi hazırda 25-27 manata satılır.
Ölkənin ən böyük un istehsalçılarından biri olan "Karat Holding”in baş direktoru Taleh Qasımov bildirib ki, manatın devalvasiyası unun qiymətindəki artımı qaçılmaz edib: "Biz unu istehsal etmək üçün buğdanı tamamilə xaricdən gətiririk və dollarla alırıq. Bu səbəbdən məhsulumuzun qiyməti avtomatik olaraq qalxır. Bu, qaçılmazdır və digər idxalçı şirkətlərdə də baş verəcək. Bunun qarşısını almaq mümkün deyil. Buğda Rusiyadan, Qazaxıstandan idxal edilir. Unun istehsalı bu gün bizə 47% daha baha başa gəlir. Əgər əvvəl bu bizə 18 manata başa gəlirdisə, biz 18 manata satırdıq. Bu gün isə 25 manata başa gəlirsə, biz onu da 25 manata satırıq. Biz marja, qazanc güdmürük. Bu ilin fevral ayından heç bir qazanc əldə etmirik”.
T. Qasımov əlavə edib ki, bundan sonra unun qiyməti artmayacaq.
Gəncə şəhərində fəaliyyət göstərən "Neon” un istehsalı şirkətinin rəhbəri Arif Həsənov da unun qiymətinin artdığını təsdiqləyib: "Devalvasiyadan əvvəl unun bir kisəsinin qiyməti 18,50 manat idisə, hazırda 26,20 manat təşkil edir. Buna səbəb dolların bahalaşmasıdır. Gələcəkdə dollar bahalaşarsa, unun qiymətində də artım olacaq. Çünki, şirkət buğdanı xaricdən dollarla alır”. (APA)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi