23-12-2015 [16:07]
İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyinin ekspert qrupu Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi ilə bağlı rəyini açıqlayıb.
Təşkilatdan daxil olan məlumatda bildirilir ki, Azərbaycan iqtisadiyyatı artım perspektivləri baxımından cox mürəkkəb bir mərhələyə daxil olub: neftin dünya bazar qiymətlərinin ötən (2014-cü) ilin ortalarından başlayan və indiyədək davam edən azalma tendensiyası ölkədə son 10 ildə baş vermiş iqtisadi artımın və iqtisadi fəallığın başlıca mənbəyi rolunda çıxış edən neft gəlirlərinin kəskin azalmasına gətirib çıxarıb: "Neft gəlirlərinin sürətlə azalması isə ölkənin makroiqtisadi və maliyyə sabitliyinə real təhdidlər yaradıb: bu ilin əvvəlində ölkənin milli valyutası 25,7 faizlik devalvasiyaya məruz qalıb, maliyyə və bank sferalarında, habelə valyuta bazarında gərginlik yüksəlib, ölkənin strateji valyuta ehtiyatları sürətlə azalmaqda davam edir. 2006-cı ildən bəri ölkənin dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu məhz birbaşa neft sektoru və neft gəlirləri hesabına formalaşdığından neft gəlirlərinin azalmasının dövlət büdcəsinin icrasına mənfi təsirı özünü dərhal - elə carı (2015-ci) ilin dövlət büdcəsinə münasibətdə - göstərib: qanunla təsdiq edilmiş məbləğlə müqayisədə bu ilin sonuna büdcə gəlirlərinin 12,1 faiz (yaxud 2358,0 milyon manat), xərclərinin isə 16,0 faiz (yaxud 3370,0 milyon manat) az olması gözlənilir. Neft gəlirlərinin, deməli həm də büdcə gəlirlərinin, kəskin azalması dövlətin maliyyə imkanlarını məhdudlaşdırmaqla hökumətin üzərinə düşən sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsinə problemlər yaradır. Belə bir durum hökumətdən büdcənin qeyri-neft gəlirlərinin artırılması üçün vergi bazasının genişləndirilməsini, büdcə xərclərinin səviyyəsinin optimallaşdırılmasını, dövlət vəsaitlərinin istifadəsinin səmərəliliyinin yüksəldilməsini, daha səmərəli və son nəticələrə yönəlik büdcə siyasətinin həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi belə mürəkkəb bir iqtisadi dövrdə - iqtisadi proseslərdə qeyri-müəyyənliyin artdığı, böhran meyllərinin gücləndiyi və sərt büdcə məhdudiyyətlərinin olduğu bir şəraitdə - hazırlanıb və qəbul edilib”. Sənəddə qeyd edilir ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank növbəti dəfə milli valyutanın devalvasiya edildiyini (bu dəfə manat 32,3 faiz dəyərsizləşdi, ABŞ dollarının manata nəzərən məzənnəsi 44,6 faiz artdı) və manatın "üzən” kurs siyasətinə keçidi bəyan etdi: "Beləliklə, 2014-cü il ərzində Azərbaycan manatı 2 dəfə devalvasiyaya məruz qaldı və il ərzində ABŞ dollarına münasibətdə demək olar 2 dəfə dəyərini itirdi. 2016-cı ilin bücə proqnozu ilə bağlı apadığımız təhlil və qiymətləndirmə göstərir ki, hələ bu da milli valyutanın dəyər itirməsinin son həddi deyil: ölkədə iqtisadi böhran və manatın dəyərsizləşməsi prosesi davam edəcək”. Təşkilatdan bildirilib ki, 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 6000,0 mln. manatı (büdcə gəlirlərinin 41,2 faizi) Dövlət Neft Fondunun transferti, 3336,0 mln.manatı (22,9 faizi) əlavə dəyər vergisi (ƏDV), 1806,6 mln.manatı (12,4 faizi) hüquqi şəxslərin mənfəət vergisi, 957,0 mln.manatı (6,6 faizi) fiziki şəxslərin gəlir vergisi və 637,0 mln.manatı (4,4 faizi) aksiz vergisi hesabına formalaşacaq. Ekspert qrupu belə qənaətə gəlib ki, gələn ilin dövlət büdcəsi devalvasiya və inflyasiya büdcəsidir: "2015-ci il ərzində milli valyutanın ikinci devalvasiyası da 2016-cı il üçün proqnozlaşdırılan dövlət büdcəsinin icrasında gözlənilən problemləri aradan qaldıra bilməyəcək. Manatın bu və bundan sonrakı dəyərsizləşməsi ölkəyə daxil olan neft gəlirlərinin manat ifadəsində artımını təmin etsə də, ölkə iqtisadiyyatında böhran dərinləşməkdə davam edəcək, əhalinin sosial vəziyyəti, biznesin və bank sektorunun durumu daha da ağırlaşacaq. Yuxarıda qeyd edildiyi kimi, milli valyutanın devalvasiyası və inflyasiya şəraitində əhalinin gəlirlərinin və pensiyaların indeksləşdirilməsi üçün büdcədə əlavə vəsait nəzərdə tutulmayıb, iqtisadi fəallığın artırılması üçün hökumətin əlavə investisiyalar imkanı isə son dərəcə məhduddur”.
Ekspert qrupu ölkənin neft gəlirlərinin azalması və qeyri-neft inkişafının prioritet elan edildiyi indiki şəraitdə dövlət büdcəsinin proqnozlaşdırılması və dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi üçün təkliflərini də irəli sürüb:
"ARDNF-dən dövlət büdcəsinə transferlər üzrə limit tətbiqinə başlanılsın, həmçinin neft və qaz gəlirlərinin uzunmüddətli istifadə prinsipinə (gəlirlərin azı 25 faizinin yığıma yönəldilməsi) əməl olunsun; SOCAR və digər iri dövlət şirkətləri üzrə vergi proqnozları tədiyə növləri üzrə açıqlanması təmin edilsin;
Özəl və dövlət sektoru üzrə büdcə daxilolamalarının proqnozu tədiyyə növləri üzrə açıqlansın;
Ölkənin rayon və şəhərləri üzrə vergi proqnozlarının tədiyyə növləri üzrə açıqlanması məqsədəuyğundur;
Dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyələşdirilən bütün layihələr üzrə detallı məlumatlar büdcə zərfinə daxil edilsin; Dövlət büdcəsi hesabına ödənilən dövlət borcları ilə bağlı detallı məlumatlar, o cümlədən borcun ödəndiyi subyektlər, onların hər biri üzrə əsas və faiz borcu, borcun təyinatı, borc müqaviləsinin başlanma və bitmə tarixi barədə bütün informasiyalar büdcə zərfinə daxil edilsin;
Strateji və büdcə planlaşdırmasının əlaqələndirilməsini təmin edən hüquqi-normativ baza yaradılsın, bütün hökumət qurumlarının illər üzrə bölünməklə 5 illik strateji inkişaf planları əsasında fəaliyyətinin təşkili mexanizminə keçilsin, habelə bütün büdcə sifarişlərinin hökumətin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşdırılması təmin edilsin;
Son nəticələrə yönəlik büdcə planlaşdırılması mexanizminə keçid təmin edilsin, büdcə proqramlarını qiymətləndirməyə imkan verən aralıq və son nəticə göstəriciləri, həmçinin səmərəlilik və keyfiyyət indikatorları işlənilsin və büdcə zərfinə əlavə edilsin;
Dövlət xarici borcunun sürətli artımının qarşısı alınsın, xüsusilə dövlət şirkətlərinin dövlət zəmanəti ilə xarici kreditlər cəlb etmələrinə sərt məhdudiyətlər müəyyən edilsin; Prioritet elan edilən istiqamətlər, xüsusilə sahibkarlığın inkişafı, mənzil-kommunal sektoru və infrastruktur layihələrinin dəstəklənməsi sayəsində əldə olunan real nəticələrlə bağlı səmərəlilik və nəticəlilik hesabatları hazırlansın və Parlamentə (habelə ictimaiyyətə) təqdim edilsin;
Büdcə siyasətində yerli gəlir və xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin həcminin müəyyən edilməsi zamanı şəhər və rayonların yerli gəlirlərinin həcminin stimullaşdırıcı amil kimi nəzərə alınması məqsədəuyğundur; Dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisə təqdim edilən büdcə zərfinə büdcənin gender təhlili və ekspertizası əlavə edilsin.
Bunun üçün büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı xüsusi normativ hüquqi sənədlərin qəbul edilməsi zəruridir; Büdcə layihəsinin peşəkar vətəndaş cəmiyyəti təsisatları və ayrı-ayrı sosial qrupların mənafeyini təmsil edən ictimai qurumlarla müzakirə əsasında qəbuluna təminat verən hüquqi mexanizmlərin formalaşdırılsın”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi