Banklar kredit verməyi dayandırdı

img

22-12-2015 [15:03]


Dolların məzənnəsinin 50% artması ilə əlaqədar, bu gündən etibarən ölkədə fəaliyyət göstərən əksər banklar kredit verilməsini dayandırıb.

Banklar niyə belə bir addım atıb?

"Banklar risk etməmək üçün kredit verilməsini dayandırıb”. Bunu ATV.az – a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, banklar məzənnəni uzunmüddətli dövr üçün proqnazlaşdıra bilmədiklərinə görə kredit verilməsini dayandırıb: "Banklaraın kredit verilməsin dayandırması birmənalı şəkildə arzuolunan deyil. Çünki iqtisadiyyat üçün mənfi nəticələrə gətirib çıxara bilər”.

Pula ehtiyacı olan əhali kredit ala bilmirlərsə, nə etməlidir?

"Kreditə olan təlabatı ödənilmədiyi üçün vətəndaş məcbur olacaq ki, sələmdən istifadə etsin. Bu da sələmçiliyin inkişafına gətirib çıxaracaq. Mərkəzi Bank (MB) çalışmalıdır ki, banklar kreditləşməni daha qısa müddətdə bərpa etsin. Çünki kreditləşmənin qısa müddətdə bərpa edilməsi indiki məqamda olduqca vacibdir” – deyə iqtisadçı bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA