Problemli kreditlərlə bağlı hansı qərar veriləcək? - Hökumətə təkliflər

img

22-12-2015 [15:01]


Manatın dollara nisbətdə kəskin devalivasiyası ölkədə problemli kreditlər mövzusunu yenidən gündəmə gətirib. Yerli valyutanın məzənnəsində son dəyişikliklərdən sonra dollarla krediti olan şəxslərin banklara olan borcu daha da çoxalıb. İqtisadçılar hesab edirlər ki, artıq ölkədə bununla bağlı vəziyyət kritik həddə çatıb.

Belə olduğu təqdirdə hökumət hansı addımı atmalıdır?

Məsələ ilə bağlı musavat.com-a iqtisadçı ekspert Oqtay Haqverdiyev danışıb. O bildirib ki, hökumət mövcud durumla bağlı konkret tədbirlər görməlidir: "Hazırda xüsusilə dollarla kredit götürənlərin vəziyyəti çox pisdir. Bu kimi halların yaşandığı ölkələrdə müəyyən addımlar atılır. Misal üçün, Rusiyada, Qazaxıstanda hökumət zəruri qərarlar verərək, müəyyən dərəcədə prosesləri yumşaldıb. Bildiyimə görə, Azərbaycanda da bununla bağlı nəsə hazırlanır. Ancaq bunun nə zaman ictimaiyyətə açıqlanacağı məlum deyil. Ölkədə bankların müflisləşməsinin qarşısını almaq üçün konkret qərarlar qəbul edilməlidir. Kimsə devalvasiyadan öncə kredit götürüb və götürdüyü zaman məzənnə indikindən xeyli fərqli idi. İnsanlar kredit götürən zaman vəziyyətin bu həddə gələcəyini haradan bilərdi? Bir məqamı qeyd edim ki, Rusiyada bu kimi hallarla bağlı komissiya yaradılıb. Onlar hər bir məsələyə ünvanlı şəkildə baxıb, qərar qəbul edirlər. Qərarlarına görə, şəxs, krediti hansı məzənnə ilə götürürsə, onunla da qaytarmalıdır. Ümumiyyətlə, dünyada bununla bağlı müxtəlif formalar mövcuddur. Azərbaycanın hansı addımı atacağını isə indidən söyləmək çətindir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA