"Təbii ki, qalxacaq" - Siqaretlərin qiymətinin artması ilə bağlı rəsmi açıqlama

img

21-12-2015 [18:29]


"Əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək".

Bu barədə "European Tobacco Baku" şirkətindən bildiriblər.

Şirkətdən verilən məlumata görə, bəzi mağazalarda siqaretin qiymətinin artırılması onların öz qərarıdır: "Biz qiymət məsələsi ilə deyil, yalnız istehsalla məşğul oluruq. Biz heç bir fakturada dəyişiklik etməmişik”.

Qeyd edək ki, dollar və avronun bahalaşmasından sonra bu gün səhər saatlarından bəzi mağazalarda siqaretin qiymətində artım müşahidə olunur. Bəzi dükanlar isə ümumiyyətlə siqaretin satışını dayandırıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA