“Dollar 5 manata kimi qalxa bilər” - Ekspert

img

21-12-2015 [15:20]


"Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır. Bu, dünyanın valyuta bazarındakı proseslərlə izah edilir. Hazırda gördüyümüz manatın real qiymətidir”.

Mia.az xəbər verir ki, bunu Trend-ə İqtisad elmlər namizədi, iqtisadçı ekspert Oqtay Haqverdiyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) indiki addımını manatın real qiymətinə doğru dönüşü olmayan hərəkətin başlanğıcı kimi qiymətləndirmək olar: "Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində səlis davam edəcək. Ekspert qiymətləndirmələrimə əsasən, dolların real qiyməti 3-5 manat arası təşkil edə bilər".

Ekspert AMB-nin bu addımını məcburi addım adlandırıb: "Dünya valyuta bazarında baş verən proseslər olmasaydı, heç nəyi dəyişməyə ehtiyac yaranmayacaqdı. Lakin Azərbaycan xarici ticarəti dollarda apardığına görə bu addım məcburidir".

O.Haqverdiyev qeyd edib ki, indi Azərbaycan qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək vəzifəsi dayanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA