21-12-2015 [12:10]
"Bu il ərzində əksər ölkələrin milli valyutası devalvasiyaya məruz qalıb. Lakin heç yerdə əhali və sahibkarlar bizdəki kimi devalvasiyadan belə ağır zərər çəkməyib. Bunun günahkarı Mərkəzi Bankın mövcud rəhbərliyidir”.
Bu fikirləri vəkil Əkrəm Həsənov manatın ikinci devalvasiyasını şərh edərkən deyib. Bildirib ki, AMB fevral devalvasiyasından sonra ötən 10 ay ərzində ölkədən valyuta axınının qarşısını almaq üçün heç nə etməyib: "Hələ apreldə Elman Rüstəmov növbəti – 5-ci dəfə Mərkəzi Bankın sədri seçiləndə demişdim: bu təyinat o deməkdir ki, o, növbəti devalvasiyanı da həyata keçirəcək. Elman Rüstəmov fevral devalvasiyasından sonra ötən 10 ay ərzində ölkədən valyuta axınının qarşısını almaq üçün heç nə etmədi, əksinə bankların açıq valyuta mövqeyi limitini ləğv etdi və növbəti devalvasiya üçün tam şərait yaratdı, digər səhv qərarlar verdi. Mərkəzi Bank nəzdindəki Maliyyə Monitorinqi Xidməti ölkədən valyutanın qaçırılmasına mane olmadı. Həm fevral devalvasiyasından sonra demişdim, həm də bugünkü devalvasiyadan sonra da deyirəm: devalvasiya qaçılmaz idi və ilk növbədə Azərbaycandan asılı olmayan faktorların nəticəsidir. Bu il ərzində əksər ölkələrin milli valyutası devalvasiyaya məruz qalıb. Lakin heç yerdə əhali və sahibkarlar bizdəki kimi devalvasiyadan belə ağır zərər çəkməyib. Bunun günahkarı Mərkəzi Bankın mövcud rəhbərliyidir”.
Ə.Həsənov Elman Rüstəmovu təsadüfi və savadsız kadr adlandırıb:
"O, illər boyu ölkəmiz üçün səhv və zərərli pul siyasəti həyata keçirib, banklara çox pis nəzarət edib. Bunun nəticəsində Azərbaycanın valyuta ehtiyatları əriyib, əhali və sahibkarlar dollar krediti bataqlığına düşüb. Ölkədə normal bank sistemi yoxdur. Yalnız Mərkəzi Bankın rəhbərliyinin kommersiya banklarının sahibləri və rəhbərliyi ilə sıx qohumluq və dostluq əlaqələri var. Belə bank sisteminin nə demək olduğunu yaxında hamımız görəcəyik: o, çökəcək! Bankların əksəriyyəti müflis olacaq. Amma zərər çəkən bank sahibləri və rəhbərləri olmayacaq, çünki onlar pullarını vaxtında götürüb qaçacaqlar. Zərər çəkənlər sıravi əmanətçilər olacaq”.
Vəkilin sözlərinə görə, kredit təşkilatlarına dollar borcu olanlar ən ağır vəziyyətdə olanlardır: "Onların borcu daha da artdı. Mərkəzi Bank onların problemini həll etmədi, kreditlər manata çevrilmədi. Konstitusiya Məhkəməsinin may qərarı icra olunmadı: banklar əhaliyə güzəştə getmədi. Ümumiyyətlə, heç nə edilmədi. Çünki Azərbaycanda faktiki olaraq Mərkəzi Bank və bank nəzarəti yoxdur! Banklar bundan sonra borclulara qarşı daha da azğınlaşacaq. Borclular nə etməlidir?Birləşməlidirlər və haqlarını tələb etməlidirlər”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi