Manatın "ölməsi" daşınmaz əmlak bazarını da "vurdu": Ev satışı dayandı

img

21-12-2015 [12:08]


Daşınmaz əmlak bazarı üzrə ekspert Rövşən Əliyev manatın növbəti devalvasiyasının daşınmaz əmlak bazarına təsirləri barədə proqnoz verib.

O, Modern.az saytına deyib ki, devalvasiya bu gün olduğundan proqnoz vermək hələ tezdir: "Amma hadisələrin gedişi bu ilin fevral ayından sonrakı prosesin təkrar olunacağını istisna etmir. Birincisi, artıq baş vermiş əməliyyatlar üzrə problemlərin ortaya çıxması ən aktual məsələdir. Qabaqcadan razılaşdırılmış və "behləşmə” edilən alqı-satqı əməliyyatlarının əksəriyyəti təxirə salınacaq. Satışa çıxarılan əmlaklara gəldikdə, satıcılar əksəriyyətinin qiymətlərinə yenidən baxacaqlar, bəziləri isə satışı dayandıracaq”.

Rövşən Əliyev bildirib ki, növbəti ilin ilk ayının ortalarına qədər qiymətlər oynayacaq:

"Yanvarın ortasına kimi bazardakı qiymət dəyişikliklərini ciddi qəbul etməyə dəyməz. Bazar yeni tarazlıq səviyyələri axtarışında olacaq. Bu müddət ərzində isə qeyri-müəyyənlik olacaq. Kirayə bazarında hələ ki dəyişiklik olmayacaq. Çünki bu bazar sırf əhalinin gəlirləri ilə bağlıdır. Dəyişiklik olacaqsa belə, bir qədər yüngül formada reallaşacaq”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA