20-12-2015 [17:01]
Ölkənin əkin sahələrinin suvarılması və əhalininiçməli suya olan tələbatının ödənilməsi üçün Prezidentin Ehtiyat Fondundan 10 milyon manat ayrılıb.
Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna müsahibəsində deyir ki, hər dəfə bu sektora vəsait ayrılır, amma ortada görünən nəticə yoxdur: «Bu problem olduqca ciddidir, hər yay əkin yerlərinin suvarılması, içməli su təminatı ciddi formada özünü büruzə verir».

–Vahid bəy, sərəncamdaəhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində əkin sahələrinin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması nəzərdə tutulur. O cümlədən, 150 subartezian quyusunun layihələndirilməsi və qazılması planlaşdırılır. Bu işlər bu sahədəki problemlərin öhdəsindən gəlməyə imkan verirmi?
–Yəni demək istəyirsiniz ki, bu vəsaiti əsaslandıran smeta yoxdur?
–Bəli, bunu əsaslandıran smeta yoxdur. Hansı işlər görüləcək, harada, nə qədər fermerin suya ehtiyacı ödəniləcək, hansı kənddə, yerli əhalinin necə faizinin içməli suya təminatı öyrəniləcək? İndiki həssas vaxtda belə bir vəsaitin ayrılması üçün əsaslı smeta olmalıdır və bütün bunlar ictimaiyyət ucun açıqlanmalıdır.
–Vahid bəy, əkin yerlərinin suvarılması torpaqların şoranlaşması ilə bağlı məsələni aktuallaşdırır. Bəzi ekspertlər hətta həyəcan siqnalı verirlər ki, ölkənin münbit torpağışoranlaşma hesabına azalır.
–Əfsuslar olsun ki, şoranlaşan və şorakətləşmiş torpaqlar getdikcə artır.Bunun qarşısını almaq üçün Dövlət Proqramı qəbul edilməlidir. Ölkədə şoranlaşmış torpağın həcmi belə bəlli deyil. Müxtəlif dövlət qurumlarının mənbələrində müxtəlif rəqəmlərdir. Bilirsiniz ki, ölkədə adambaşına düşən torpaq həcmi çox azdır. Şoranlaşma və torpaqların dövriyyədən çıxarılması tendensiyası isə arta-arta gedir. Suvarılma məsələsi köklü həllini tapmasa, torpaqların yuyulması, onların bərpa edilməsi və dövriyyəyə qaytarılması hələ uzun çəkəcək.
–Neftin qiymətinin düşməsi və neft gəlirlərinin azalmasını şərh edən ekspertlər deyirlər ki, bundan sonra ölkəni torpaq doyuzduracaq. Torpaq erası başlaya bilərmi?
–Azərbaycan indiyə kimi yalnız neftdən gələn gəlir hesabına böyük layihələr həyata keçirirdi. Brüsseldən yenicə qayıtmışam, orda Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində qatıldığımtoplantıda tərəfdaş ölkələrdəki mövcud vəziyyət müzakirə olunurdu. Burda ən pis vəziyyət Azərbaycan üzrə idi. Təsəvvür edin ki, təklif edilən kredit üzrə ən yüksək faiz dərəcəsi Azərbaycanda idi. Məsələn, Ermənistanda və Gürcüstanda kredit üzrə faiz dərəcəsi 14-dür, Azərbaycanda isə 28 faiz. Həmin ölkələrdə kənd təsərrüfatına təklif edilən kredit ümumi portfeldə 15-20 faiz olduğu halda, Azərbaycanda bu göstərici 3.7 faiz idi. Bu o deməkdir ki, neft gəlirlərinin yüksək olduğu bir vaxtda bu vəsaiti real sektora- sənayeyə, kənd təsərrüfatına yönəldə bilmədilər. Sahibkarlara təklif edilən kreditlər yüksək faizli oldu, üstəlik, qeyri-rəsmi ödənişlər vardı. Neft gəlirlərinin azaldığı bir vaxtda kənd təsərrüfatını inkişaf etdirə bilməyəcəyik, buna zaman lazımdır. Bu dövrə çoxdan hazırlamaq lazım idi. Maliyyə vəsaiti olan zaman bu imkandan istifadə etmədiksə, maliyyə imkanları azalan vaxtı nə edə biləcəyik? Sənaye məhsulumuz yoxdur, aqrar sektor üzrə daha çox idxaldan asılıyıq. Buna görə daha çox valyuta xərcləməli olacağıq. Valyuta xərclənməsi də ona gətirib çıxaracaq ki, biz əvvəlki kimi kənd təsərrüfatı məhsulu idxal edə bilməyəcəyik və ölkədə ərzaq problem yaranacaq. Vəziyyət daha da pisləşməyə doğru gedir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi