19-12-2015 [23:20]
Bu günlərdə "Azərbaycan müəllimi" qəzetinin 1988-ci il 8 iyun tarixli sayı əlimə düşmüşdü. Saralmış qəzetə göz gəzdirəndə maraqlı fakta rast gəldim. Odur ki, oxucularla bölüşmək istəyirəm.
Deməli, qəzetin ötən saylarından birində Cəbrayıl rayon Soltanlı kənd orta məktəbindən göndərilən şikayət əsasında "Hər gün 12 kilometr piyada" başlıqlı məqalə dərc olunub.
Yazı çap olundandan sonra əvvəlcə paytaxtda, sonra rayonda və nəhayət, kənddə aləm bir-birinə dəyib. Qısa zamanda problem həllini tapıb. Sonra da "Azərbaycan müəllimi"nə rəsmi şəkildə məktub göndəriblər ki, məsələ həll olunub.
Cavab məktubu əsasında hazırlanan məqalədə qısaca belə yazılırdı: "Bununla əlaqədar olaraq redaksiya Cəbrayıl Rayon XDS İcraiyyə Komitəsinin sədri A.Fərzəliyevdən cavab məktubu almışdır. O bildirir ki, adıçəkilən yazıda göstərilən faktlar əsasən doğrudur. Həqiqətən də qış aylarında texniki səbəblər üzündən şagirdlərin Yanarxac kəndindən Sontanlı kənd orta məktəbinə avtobusla daşınmasında fasilələr olmuşdur. Həmin məsələ S.Vurğun adına kolxoz idarə heyətinin 1988-ci il mayın 16-da keçirilən iclasında müzakirə edilmişdir. Şagirdlərin avtobusla daşınmasında fasilələrə yol verdiyinə görə dispeçer Akif Süleymanova xəbərdarlıq elan olunmuşdur. Şagirdlərin Yanarxac kəndindən Soltanlı orta məktəbinə müntəzəm daşınması üçün xüsusi avtobus ayrılmışdır".
15 ildir mətbuatdayam. Ən yüksək rütbəli məmurdan tutmuş, ən kiçik çinovnikə qədər bütün məmurlardan yazmışam. Milyonluq maliyyə fırıldaqlarından tutmuş, ən ucqar kənddəki problemlərə qədər işıqlandırmışam. İstisnaları çıxmaq şərtiylə, demək olar ki, heç birinə reaksiya verilməyib. Daha doğrusu, reaksiya verilsə də, problemin həll barədə düşünən olmayıb.
15 il ərzində mətbuatımızın necə aşındığını, gücdən, gözdən, hörmətdən necə düşdüyünün şahidi olmaq mənə ağırdır. Elə də çox zaman keçməyib. 27 il əvvəl hansısa bir rayonda kənd məktəbinin marşrut problemi mətbuatda işıqlandırılandan sonra rayonda ən yüksək səviyyədə müzakirə olunur, problem həllini tapır və ən əsası, həmin mətbu orqana məktub da göndərilir. İndi isə ölkə mətbuatı hər gün nazirlərin, komitə sədrlərinin böyük məbləğdə maliyyə mənimsəmələrindən, büdcə vəsaitlərini talamasından, təhsil və səhiyyə müəssisələrində rüşvət və korrupsiyanın tüğyan etməsindən, az qala palaz boyda yazılar dərc edir. Amma bir məmurun tükü də tərpənmir. Hələ mətbuatı suçlu da çıxarırlar ki, jurnalistlərin səviyyəsi yoxdur, hər şeyi qara rəngdə göstərirlər, qərəzli yanaşırlar. Özləri boğazlarına qədər çirkab içərisində olsalar da, bizi qərəzli olmaqda ittiham edirlər.
27 il əvvəl ən xırda problemə reaksiya verən rayon rəhbərlərinin hazırki sələfləri ailə üzvlərinin çıxardığı min-bir oyuna haqq qazandırmağa çalışırlar. Bir dəfə də olsun mətbuata təşəkkür edib, filan məsələnin həll edildiyini bildirməyiblər.
Bu 27 ildə Azərbaycanda çox şey dəyişib. Ölkəmiz zahirən kifayət qədər gözəlləşsə də, batili bir o qədər çirkaba bulaşıb. Məmuru azğınlaşıb, millətə yuxarıdan aşağı baxmağa öyrəşib, rüşvəti utanmadan almağa vərdiş edib, xalqın sərvətini talan etməkdədirlər. Xalq isə öz taleyinə biganə qalmaqla, bu düzənin daha da pisləşməsinə rəvac verib.
Bu arada mətbuatımız da çox dəyişib. Cəsarətini itirib, ələbaxımlılığa öyrəşib, "dişləri" çəkilib, bəlkə də ölüb. Bircə "fatihə"sini vermək qalıb.
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib