"Manatın ABŞ dollarına qarşı məzənnəsi..." - Mərkəzi Bankdan daha bir açıqlama

img

17-12-2015 [16:23]


Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın məzənnəsinə təsiri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

AMB-nin yaydığı rəsmi açıqlamada deyilir:

"Azərbaycan Respublikası Mərkəzi Bankının Mətbuat Xidmətinə daxil olmuş sorğular ilə bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA