AGBank-ın filialları birləşdirilir - Açıqlama

img

17-12-2015 [09:49]


Xidmət növlərinin və şərtlərinin vahid şəklə salınması, həmçinin göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi ilə AGBank filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır.

Bu barədə Mia.az-a adıçəkilən bankdan məlumat verilib.

Bildirilib ki, optimallaşdırılma nisbətən kiçik filialların birləşərək böyük, rahat və konseptual xidmət mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Bu proses biznesin daha effektiv idarə olunması, həmçinin inzibati xərclərin azaldılmasına da xidmət edəcəkdir. 

Belə ki, optimallaşdırılma prosesinə əsasən "İnşaatçılar” və "Azadlıq” filialları "Elmlər” və "Nəsimi” filialları ilə birləşəcəkdir. 

Qeyd edək ki, filialların bütün öhdəlikləri, sənədləşən bütün müqavilə və razılaşmalar hüquqi gücünü saxlayacaqdır. Coğrafi baxımından qonşu olan bu filialların birləşməsi idarə strukturunun təkmilləşdirilməsinə yönəldilib. 

Onu da qeyd edək ki, filialların birləşdirilməsi bankın inkişaf strategiyasının davamı olaraq bank xidmətlərinin elektron sistemə inteqrasiya prosesinin bir  hissəsidir. Günümüzdə müşahidə olunan yeni texnologiyaların inkişafı bank əməliyyatlarının həyata keçirilməsini daha operativ edərək zaman və məkan məhdudiyyətini aradan qaldırır. Bu inkişafın bir nümunəsi kimi "İnternet Bankinq” xidməti, ödəniş terminalları kimi özünəxidmət vasitələrini qeyd etmək olar.

Dövrün tələblərinə uyğunlaşmağa və müştərilərinin ehtiyaclarını tam şəkildə ödəməyə can atan AGBank yeni, geniş və rahat konseptual filiallar yaradaraq xidmət səviyyəsini artırmaq və modernizasiya prosesinə dəstək olmaq üçün çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA