"Manatın taleyi..." - Ekspert həyəcanla bağlı açıqlama verdi

img

16-12-2015 [15:14]


"Manatın taleyi bu gün həll olunmur. Yəni, FED uçot dərəcəsini artırsa belə, bu, o demək deyil ki, sabah manat devalvasiya olacaq".

Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib.

O bildirib ki, ola bilin dollar sabah manata münasibətdə cüzi bahalaşsın:

"Ancaq bu bahalaşma həmişəki səviyyədə olacaq. Hətta sabah manatın rəsmi məzənnəsinin ucuzlaşmasını da istisna etmirəm. Bugünkü avrodollar məzənnəsinin davranışından asılı olacaq

Manatın taleyinin FED-in bugünkü qərarından birbaşa asılılığı yoxdur. Qısası, FED-in uçot dərəcəsini qaldırması manatın mütləq devalvasiyası anlamına gəlməməlidir. Və ya uçot dərəcəsinin qaldırılmaması manatın ucuzlaşmaqdan qurtulması kimi qiymətləndirilməməlidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA