Neft kəskin düşür, böhran qapını döyür

img

15-12-2015 [10:21]


Neftin qiyməti həftə ərzində növbəti dəfə düşərək 11 ildə ən ucuz qiymətə bərabər olub.

"Brent” markalı neftin bir barelinin qiyməti 36.40 dollara düşüb. Neft İxrac Edən Ölkələr ayın əvvəllində keçirilən iclası zamanı hasilat tavanına sadiq qalmayacaqlarını ifadə etmişdilər. Açıqlamadan sonra hasilatın çoxalması neftin qiymətlərinə də təsir etməyə başlayıb. Artıq bir həftədir ki, qiymətlə azalan qrafik üzrə hərəkət edir.

Ekspertlər OPEK üzvlərinin ABŞ-a məxsus bahacıl istehlaçıları bazardan çıxarmaq məqsədi ilə belə bir siyasət təqib etdiyini bildiriblər.

ABŞ-ın İrana qarşı sanksiyaları ləğv olunduqdan sonra İran da neft hasilatını artırmacağını bəyan edib. Bu dəqiqəyə olan məlumata görə, isə Brent markalı neftin bareli 37,78 dollardır.

Dünən günorta saatlarında Brent markalı neftlə yanaşı "Texas” (WTI) markalı neft də kəskin şəkildə ucuzlaşaraq 35 dollara satılırdı. İndiyə olan məlumara görə, "Texas” (WTI) markalı neft 36,26 dollara satılır.

"AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,52 dollar ucuzlaşaraq 38,90 dollar təşkil edib. Azərbaycan üçün neftin qiymətində qırmızı xətt 40 dollar hesab edilir.

Neftin ucuzlaşması fonunda əmtəə birjalarında da ucuzlaşma müşahidə edilir. Qızılın qiyməti 1 qram üçün 34.25 dollar, gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Azərbaycan manatının məzənnəsində də dəyişiklik olub. Belə ki, dollar ucuzlaşıb, avro isə yenidən bahalaşıb.(ans press)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA