14-12-2015 [23:24]
Yeni il ərəfəsində ətin qiymətində artım müşahidə olunur.
Mia.az trend-ə istinadən xəbər verir ki, Bakının müxtəlif ərazilərində yerləşən ət kəsimi yerlərində və dükanlarda ət fərqli qiymətlərlə satılır. Məsələn, Binəqədi və Masazırda yerləşən ət kəsimi yerlərində mal ətinin 1 kiloqramı 7 manata satıldığı halda, Bakının mərkəzi hissələrində qiymətlər fərqlidir. Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı ət kəsimi dükanlarında mal ətinin 1 kiloqramı alıcılara 8 manat, bəzən isə 8 manat 50 qəpiyə satılır.
Mal əti ilə yanaşı, qoyun ətinin qiymətində də artım var. Belə ki, noyabrda qoyun ətinin 1 kiloqramı ət kəsimi yerlərində alıcılara 8 manata təklif olunurdusa, hazırda bu rəqəm 9 manat, bəzi yerlərdə isə hətta 9 manat 50 qəpikdir.
İki həftə əvvəl əti daha ucuz qiymətə aldıqlarını deyən alıcılar isə qiymət artımından narazıdırlar. Onların sözlərinə görə, süni şəkildə qiymətləri artırmaq satıcıların xeyrinə olmayacaq: "Artıq qohumlarla birlikdə bizə lazım olan əti gedib rayonlardan alırıq. Qiymətləri artırmaqla onlar öz müştərilərini itirirlər. Satan elə qiymət qoymalıdır ki, alıcının almağa gücü çatsın”.
Digər alıcı da ətin qiymətlərinin süni şəkildə artırıldığını bildirir: "Həmişə bayram ərəfəsində belə edirlər. Bayramdan sonra isə qiymətlər aşağı salınır".
Ət kəsimi məntəqələrində satıcılar ətin qiymətlərinin bahalaşmasını təsdiqləsələr də, süni şəkildə artımla bağlı ittihamları qəbul etmirlər: "Qoyunu da, malı da Bərdədən gətirirəm. Camaat elə bilir ki, özümüz saxlayıb, özümüz də kəsib satırıq. Mən Bakıda yaşayıram. Heyvan saxlamağa şəraitim yoxdur. Onlar haqlıdırlar: əgər özüm saxlasaydım, daha ucuz satardım. Heyvanları rayondan alıb gətirdiyimiz üçün ətin qiymətinin üstünə bir-iki qəpik qoymalıyıq".
Başqa bir satıcı digər maraqlı bir məqama toxunur. Onun sözlərinə görə, iki həftə əvvəl qoyunu daha ucuz aldıqları üçün qiymətlər də münasib idi: "Etiraf etmək lazımdır ki, iki həftə əvvəl heyvanı daha ucuz alırdıq. İndi həmin qiymətlərlə ala bilmirik. Ona görə də məcburuq ki, əti bir az əvvəlkindən baha qiymətə sataq. Yəni bu səbəb bizdən qaynaqlanmır”.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murtuzəli Hacıyev isə Trend-ə açıqlamasında bildirib ki, hər həftə ət kəsimi yerlərində və bazarlarda bununla bağlı monitorinqlər aparılır: "Əməkdaşlarımız təkcə ət kəsimi deyil, bütün məhsullarla bağlı yerlərdə araşdırmalar aparırlar. Kənd Təsərrüfatı Nazirliyində ətin qiymətinin artması ilə bağlı fakt yoxdur. Amma qiymət artımı məsələsində sahibkarlar sərbəstdir”.
Qeyd edək ki, demək olar, bir çox bayramlar ərəfəsində Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə paytaxtda və ölkənin digər böyük şəhərlərində kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkalar təşkil olunur. Yarmarkalarda məhsulların, o cümlədən ətin qiyməti alıcılara digər satış məntəqələrindəki qiymətlərdən xeyli ucuz təklif olunur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi