14-12-2015 [17:17]
Hər bir ölkənin çoğrafi, geostrateji mövqeyi onun siyasi, hərbi və iqtisadi siyasətinin xarakterini şərtləndirən, milli maraqlar çərçivəsində prioritetlərini müəyyənləşdirən ən önəmli faktorlar kimi çıxış edir.
Xəzər və Qara dənizləri arasındakı kontinental geosiyasi məkanın mərkəzində yerləşən Cənub Qafqaz regionunun "açar ölkəsi” Azərbaycan üçün bu faktorlar xüsusilə mühüm əhəmiyyət kəsb etməkdədir.
Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında körpü rolunu oynamaq üçün əlverişli geosiyasi mövqeyə, təbii ehtiyatlara, yüksək insan potensialına və s. malikdir. Bunu məşhur norveç tədqiqatçısı Byörn Veqqe belə bir cümlə ilə təsdiqləyir: "Azərbaycan dünyada ən böyük yol ayrıcıdır”.
Bu həftə məhz Azərbaycanın "dünyada ən böyük yol ayrıcı” olması potensialından səmərli istifadə etməsi üçün atılan mühüm addımlarla yadda qalacaq. Bu baxımdan ilk növbədə prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində Azərbaycanla Çin arasında "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma” Memorandumu, "Nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma” Memorandumu, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmasını qeyd etmək lazımdır.
Eyni zamanda dövlət başçısı tərəfindən "Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi ilə bağlı sərəncam imzalandı.
Çinin Lyanyunqan vilayətindən yola düşən üçüncü konteyner qatarı Transxəzər - Çin - Qazaxıstan - Azərbaycan - Gürcüstan -Türkiyə marşrutu ilə hərəkət edərək, Azərbaycana çatdı.
Bundan əvvəl noyabrın 27-də Azərbaycanla Çin arasında Dövlət Komissiyasının nümayəndə heyətinin tərkibində bu ölkədə səfərdə olan «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanovla Çin Dəmir Yollarının rəhbərliyi arasında görüş keçirilmiş, yüklərin Azərbaycan üzərindən daşınması məsələləri müzakirə olunmuşdu.
Azərbaycan və Çinin "İpək Yolu İqtisadi Kəməri” strategiyası
Cənub istiqamətindən sonra obrazlı ifadə etsək, Azərbaycan Şərqə doğru da "irəliləməkdə” qərarlıdır. Şərq istiqamətində Azərbaycan üçün hazırda Transxəzər - Çin - Qazaxıstan - Azərbaycan - Gürcüstan - Türkiyə marşrutunun işləməsi prioritetdir.
Artıq bu marşrut üzrə 3-cü qatar dekabrın 10-da Azərbaycana çatıb. Prezident İlham Əliyevin Çinə səfəri isə çərçivəsində ölkələr arasında nəqliyyat sektorunda əməkdaşlıqla bağlı imzalanmış sənədlər isə Transxəzər - Çin - Qazaxıstan -Azərbaycan - Gürcüstan - Türkiyə marşrutunun tam gücü ilə işə düşməsi, gömrük və sərhəd prosedurlarının asanlaşdırılması, əlverişli tarif siyasətinin həyata keçirilməsinə əlavə impuls verəcək.
Bu marşrutun işləməsi əsas yük bazası rolunu oynayan Çin üçün də çox vacibdir. Bu marşrutun açılması Pekinin "İpək Yolu İqtisadi Kəməri” yaradılması strategiyası çərçivəsində nəzərdən keçirilməlidir.
Çinin "Böyük İpək yolu” adlandırılan bu layihəni reallaşdırmaq niyyəti barədə ilk dəfə Çin Xalq Respublikasının sədri Si Szinpin 2013-cü ildə Qazaxıstana səfəri zamanı bəyan edib. Bu layihənin reallaşdırılmasında əsas məqsəd qədim "İpək yolu”nu Şanxaydan Berlinə qədər uzanan müasir tranzit, ticarət və iqtisadi dəhliz kimi yenidən həyata qaytarmaqdır.
Yeni "İpək Yolu” tamamlandıqdan sonra qədim "İpək yolu” kimi Asiya, Avropa və Afrika olmaqla üç qitəni birləşdirəcək. İnfrastruktur layihələri dünyanın ən böyük iqtisadi dəhlizini yaradacaq.
Çin 2014-cü ildə bu planın maliyyələşdirilməsinin bir hissəsi olaraq Asiya İnfrastruktur İnvestisiya Bankını (AİİB) təsis edərək, layihə üçün ilkin maliyyə vəsaitini təmin edib. Çin bu plan üçün öz növbəsində 47 milyard dollar pul ayırıb.
Çin Yeni "İpək Yolu" layihəsini dəstəkləmək üçün, ən azı, 62 milyard dollar qoymağı planlaşdırır.

Çinin "Böyük İpək Yolu”layihəsində Çənubi Qafqaz ölkələri və Azərbaycan da xüsusi yer. Cənubi Qafqaz, Azərbaycan Çin üçün Avropa ("İpək Yolu"nun son nöqtəsi) ilə Avrasiya arasında təbii körpü rolunu oynayır. Bu amil, Pekin-Bakı münasibətlərinin xarakterini müəyyən edir və Çin Azərbaycanla daha sıx əlaqələr qurulmasın çalışır. Pekinin Azərbaycana xoş münasibəti Çinin 2008-ci ildə BMT-də erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxardılması haqda qətnaməni dəstəkləməklə nümayiş etdirmişdi.
Çin üçün bu yolun iqtisadi əhəmiyyəli yanaşı, strateji əhəmiyyəti də çox mühümdür. Bəlkə də, birincidir. Çünki hazırda Çinin ticarətinin əksər hissəsi cənub, cənub-qərb istiqamətində dəniz yolu vasitəsilə həyata keçirilir. Çinin Hind okeanında blokadaya salınması üçün Çənubi Çin dənizi və Malakka boğazının bağlanması kifayətdir. Dünya ticarətinin 25%-i Malkka boğazından keçir. Çinin xarici ticarətinin 60%-i Malakka vasitəsi ilə həyata keçirilir.
Dənizdə qarşıya çıxa biləcək hər hansı maneədən ölkənin zərər görməməsi üçün quruda layihələr həyata keçirməyə çalışır. Çinin Rusiya və Mərkəzi Asiyanın təbii ehtiyatlarına sərmayə qoyuluşuna xüsusi diqqət yetirməsi də bununla əlaqəlidir. Həmin kontekstdə mütəxəssislər "İpək Yolu" layihəsini ayrıca qeyd edirlər. Çin bununla dünyanın bir çox regionları ilə əlaqə saxlaya bilər.
Cənubdan sonra Şərqə həmlə
Bütün bu addımlar deməyə əsas verir ki, Azərbaycanın bu il gündəliyə gələn "Kontinental "Asan daşıma” Strategiyası” mərhələ-mərhələ uğrula reallaşır. Xatırladaq ki, artıq məhz Azərbaycan hökuməti və «Azərbaycan Dəmir Yolları» QSC səyləri ilə "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin ölkəmiz üzərindən keçən Qərb marşrutunun işə salınması məqsədilə ilkin addımlar atıldı. Artıq İranla Azərbaycan arasında dəmir yolları şəbəkəsinin əlaqələndirilməsinə dair əməkdaşlıq barədə çərçivə sazişinin və Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi və maliyyələşdirilməsi haqqında müqavilə layihələrinin hazırlanmasına başlanılıb.

Məhz Azərbaycanın və «Azərbaycan Dəmir Yolları» QSC fəal təşviqi ilə indiki mərhələdə Qərb marşrutunun istifadəsi imkanlarının reallaşdırılması üçün "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara (İran) -Sankt-Peterburq dəmir yolu marşrutunun açılması gündəliyə gəlidi və reallaşması üçün konkret işlər görüldü.
Şərq istiqamətində Azərbaycan üçün hazırda prioritet olan Transxəzər - Çin-Qazaxıstan - Azərbaycan - Gürcüstan - Türkiyə marşrutunun tam gücü ilə işləməsi üçün səylər göstərilir. Bu marşrut üzrə qatarların hərəkəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri çevik tarif siyasəti və əlverişli texniki şəraitin yaradılması ilə bağlı danışıqların nəticəsi olaraq, «Qazaxıstan temir jolı» SC, «Çin Dəmir Yolları» (ÇSR) "Azərbaycan Dəmir Yolları” QSC «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir. Layihə çərçivəsində tranzit və xarici yüklərin cəlb olunması, rəqabətə davamlı vahid tariflərin tətbiqi və daşınan yüklərin həcminin artırılması işinə təşkilati yanaşma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Azərbaycan hökuməti tərəfindən də Azərbaycanın qitələrarası logistika mərkəzinə çevrilməsi təşəbbüsləri, fəal şəkildə dəstəklənir və prioritetlər sırasında yer alır. Prezident İlham Əliyev ÇXR Dövlət Şurasının baş naziri Li Ketsyanla görüşdə bildirib ki, Azərbaycanın istehsalat obyektlərinin tikintisinə investisiya edən, infrastruktur tikintisində, sənaye parklarının və energetikanın inkişafında iştirak edən Çin müəssisələrinə dövlət dəstəyi göstərəcək.
Transxəzər - Çin - Qazaxıstan - Azərbaycan - Gürcüstan - Türkiyə marşrutunun tam gücü ilə işləməsinin Azərbaycana 100 mln. dollara yaxın xeyir ola bilər.
Şərq-qərb nəqliyyat dəhlizində daşımaların çox payı dəmir yolunun üzərinə düşür. Təhlil etsək, 100 faiz daşımalardan haradasa 50 faizə qədəri yalnız dəmir yolu ilə daşınır. Bununla əlaqədar tikilməkdə olan və istismara verilməsi 2016-cı ildə gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti olacaq. Bu dəmir yolu işə düşəndən sonra Çindən başlayaraq, Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsi ilə əlavə yükləmə-boşaltma əməliyyatları olmadan yükləri birbaşa Avropaya daşımağa imkan verəcək .
Çinin Avropa ilə təqribi illik dövriyəsi 600 milyard ABŞ dollarından çoxdur. Bu da çox böyük potensial deməkdir.
Azərbaycanın hökumətinin, xüsusən "Azərbaycan Dəmir Yolları” QSC-nin məhz bu il beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak, tranzit daşımalarının artırılması və müvafiq infrastruktun inkişaf etdirilməsi məsələlərini aktuallaşdırması və gündəliyə gətirməsi, strateji baxımdan olduqca mühüm addım oldu. Bunun üçün hazırda çox əlverişli konyuktura və siyasi şərait mövcuddur. İran izolyasiyadan çıxmağa hazırlaşır, Çin qlobal ticarət üçün alternativ variantlar təklif edir. İqtisadi inkişaf tempi yenə inkişaf etməkdə olan ölkələrə keçir. Dünya Ticarət Təşkilatı isə, qlobal ticarətin 2016-ci ildə 3,9 faiz artacağı qənaətindədir. Ekspertlər isə qeyd edirlər ki, son iki ildə qlobal ticarətin azalması fonunda 2018-ci ildən sonra dünyada ticarət bumu gözlənilir. Bütün bunlar Azərbaycanın "Kontinental "Asan daşıma” Strategiyası”nın reallaşması üçün çox yaxşı zəminlər yaradır.
Zaur İbrahimli
Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi