Yaşayış minimumu və sosial yardımın həddi müəyyənləşdi - Məbləğlər

img

07-12-2015 [21:32]


Bu gün Prezident İlham Əliyev Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu haqqında Qanunu da təsdiq edib.

Mia.az xəbər verir ki, təsdiqlənən qanuna görə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Onu da qeyd edək ki, Prezident bu gün ehtiyac meyarı ilə bağlı qanunu da təsdiq edib. Bununla da Ünvanlı Dövlət Sosial Yardımın (ÜSY) 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Hər iki Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA