03-12-2015 [12:37]
"ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar və Avropa Mərkəzi Bankının kəmiyyət yumşaldılması proqramını genişləndirmək niyyəti dünya maliyyə bazarlarında dolların mövqeyini daha da gücləndirdi. Noyabrda dünya valyutası digər əsas valyutalara münasibətdə möhkəmlənməyə başladı. Bunun təsiri manata da çatdı. Ancaq digər valyutalardan fərqli olaraq manat yaşıl pula növbəti dəfə dirəniş göstərdi”.
Mia.az-ın məlumatına görə, bunu iqtisadçı Samir Əliyev manatın növbəti devalvasiyasını şərh edərkən bildirib. İqtisadçı qeyd edib ki, avroya geniş meydan verən Mərkəzi Bank dolları absis oxuna paralel hərəkət etdirdi: "Dolların manata olan rəsmi məzənnəsi 1.0491 - 1.0512 intervalında dəyişdi. Bahalaşma hər 100 dollara cəmi 21 qəpik oldu. Elə buna görə də valyuta ehtiyatlarının bir hissəsini sərf etməli oldu.
Dünyada baş verənlərin təsiri olaraq noyabrda dollara tələbatın artması intervensiyanı gücləndirdi. Təkcə bir həftədə Mərkəzi Bank 300 milyon dollardan çox intervensiya etmək məcburiyyətində qaldı. Bütün bunlar üçün valyuta ehtiyatına müraciət etməli oldu. Təsadüfi deyil ki, noyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8,6 faiz və ya 589 milyon dollar azalaraq 6,3 milyard dollara düşüb. Bu, son 5 ildə ən aşağı həddir. Sonuncu dəfə 2010-cu ilin noyabrda ehtiyatın həcmi bu səviyyədə (6,1 milyard dollar) olub. 2015-ci ilin 11 ayında isə valyuta ehtiyatı 55 faiz azalıb. Halbuki ilin əvvəlində Mərkəzi Bank 13,6 milyard dollarlıq ehtiyata malik olub.
Noyabr ayı ərzində Mərkəzi Bankın dolların rəsmi məzənnəsini hər gün cüzi artırması (hər 100 dollara 3-5 qəpik) cəmiyyətdə devalvasiya narahatlığı yaratmışdı. Hətta bunu yumşaq devalvasiya kimi qiymətləndirənlər də oldu. Göründüyü kimi, nə yumşaq devalvasiya baş verdi, nə də hökumət elan etdiyi kimi üzən məzənnəyə keçid oldu”.
Samir Əliyev deyib ki, ilin sonuna yaxın hökumət manatı qorumaq və devalvasiya təzyiqlərini azaltmaq üçün müəyyən addımlar atmalı oldu: "2015-ci ilin dövlət büdcəsi ixtisar edildi. Büdcə xərclərinin proqnozu 21 milyarddan 17,7 milyard manata endirildi. Əsas zərbə altında qalan Dövlət Neft Fondundan dövlət büdcəsinə transferi 10,4 milyarddan 8,1 milyard manata endirdi. Eyni zamanda, Dövlət Neft Fondunun xaricdəki aktivlərinin bir hissəsini ölkəyə gətirməli oldu. Mərkəzi Bank isə bu il valyuta ehtiyatının yarıdan çoxunu qurban verməli oldu. Bütün bunlara rəğmən, təzyiqlər nəinki səngimədi hətta müəyyən zaman kəsiyində daha da gücləndi.
İndi hamını bir sual düşündürür: devalvasiya olacaqmı?
Fikrimcə, bu, artıq müzakirə mövzusu deyil. Nə qədər çətin olsa da deməliyik ki, bu, qaçılmaz prosesdir. Sadəcə, devalvasiyanın forması və zamanı sual doğurur. Bu gün devalvasiya ehtimalını gücləndirən amillər çoxdur.
Əvvəla, dekabrın 15-16-da FED-in iclasında uçot dərəcəsinin qaldırılması baş verərsə, dünya bazarlarında güclü ajiotaj yaranacaq və dollar bahalaşacaq. Onun təsiri Azərbaycana da çatacaq.
İkincisi, neftin qiyməti manatı saxlamaq üçün kifayət etmir. Hələ ki bahalaşma görünmür.
Üçüncüsü, Dövlət Neft Fondunun bu il gəlirləri ən yaxşı halda 7 milyard manat civarında olacaq. Halbuki fondun təkcə büdcə qarşısında öhdəliyi 8,1 milyard manatdır. Deməli, fondda təxminən 2 milyard manata yaxın kəsir yaranacaq.
Dördüncüsü, ölkənin tədiyə balansında vəziyyət optimistlik vəd eləmir. Cari hesablar balansında cəmisi 63 milyon dollar profisit var. İdxal tam rəsmləşdirilsə, bunun mənfi saldo olduğu açıq görünər.
Beşincisi, əsas xarici ticarət tərəfdaşlarının valyutasının ucuzlaşması ixracı stimullaşdırmağa problem yaradır. Altıncısı, Mərkəzi Bankın ehtiyatları sürətlə əriyir və kritik həddə yaxınlaşır. Nəhayət, manat üçün hazırda ən böyük təhlükə ölkədən kapital axınıdır. Kapital axını növbəti illərdə əsas problem olaraq qalacaq.
Ola bilsin ki, FED uçot dərəcəsini gələn ilə saxlasın, yaxud Dövlət Neft Fondu kəsiri tam olaraq xarici aktivlər hesabına örtsün. Ancaq bu çıxış yolu deyil. Çünki neftin əhəmiyyətli bahalaşması hələ ki gözlənilmir. Kapital axını isə davam edir. Manatı uzun müddət inzibati yolla saxlamaq mümkün olmayacaq. Ona görə də hökumət bu məsələyə devalvasiya prizmasında baxmamalıdır. Ümumi makroiqtisadi sabitliyin qorunması baxımından yanaşmalıdır. Bunun üçün hökumət təcili antiböhran proqramı hazırlamalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi