30-11-2015 [15:30]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi respublika ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatların rəhbərlərinə və digər işəgötürənlərə müraciət edərək, əmək məzuniyyətindən geri çağırılan işçilərə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın verilməsi üzrə əmək qanunvericiliyi qaydalarını onlara izah edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətdə bildirilir ki, Azərbaycanın Əmək Məcəlləsinin 137-ci maddəsinin II və III hissələrinə əsasən, istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduğu müstəsna hallarda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər.
"Bu zaman işçinin əmək məzuniyyətindən geri çağırılması əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir. Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir. Yaxud da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Həmçinin məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir”, - deyə müraciətdə bildirilir.
Məcəllənin 135-ci maddəsinin II hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir: "Əmək Məcəlləsinin 144-cü maddəsinin II hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 69-cu maddəsinin VI hissəsinin I cümləsinə əsasən isə işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər”.
Müraciətdə qeyd edilənlər əsasında əmək məzuniyyətindən geri çağırılan işçiyə bütün hallarda işlədiyi həmin günlərə görə əmək haqqının ödənilməli olduğu və işçidən istifadə edilməmiş məzuniyyət günlərinə görə işəgötürənin mülahizəsi ilə məzuniyyət pulunun tutulduğu və ya tutulmadığı bildirilir. İşəgötürənlərin diqqətinə çatdırılır ki, istifadə olunmayan məzuniyyət günlərinə görə işçidən məzuniyyət pulu tutulmadıqda ona gələcəkdə müəyyən olunmuş qaydada məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir: "Bu əvəzgünlərin haqqı işəgötürən tərəfindən əmək məzuniyyəti verilərkən ödənildiyi üçün işçinin Əmək Məcəlləsinin 135-ci və 144-cü maddələrinin II hissələrində nəzərdə tutulan kompensasiyanı və ya pul əvəzini almaq hüququ yoxdur. İşçiyə əvəzgünlərin verilməsi onun məzuniyyət hüququnun tərkib hissəsi olduğu üçün Əmək Məcəlləsinin 69-cu maddəsinin VI hissəsinin I cümləsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi qaydası bu halda işçiyə şamil oluna bilər”.
İşçi məzuniyyətdən geri çağırılarkən ondan istifadə edilməyən məzuniyyət günlərinə görə məzuniyyət pulu tutulduğu halda işçiyə gələcəkdə müəyyən edilmiş vaxtda həmin məzuniyyət günləri verilərək məzuniyyət pulu yenidən hesablanıb ödənilir: "Əgər bu məzuniyyət günləri istifadə edilməzsə, ona əmək münasibətlərində olduğu dövrdə Əmək Məcəlləsinin 135-ci maddəsinin II hissəsinə əsasən kompensasiya və ya işdən azad olunarkən 144-cü maddənin II hissəsinə əsasən, məzuniyyətin əsas hissəsinə görə pul əvəzi verilir”.
Əmək məzuniyyətindən geri çağırılan işçilərə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyanın verilməsi üzrə əmək qanunvericiliyi qaydalarının izahı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəssisə, idarə və təşkilatların rəhbərlərinə və digər işəgötürənlərə ünvanlanan müraciətlə nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki "İşəgötürənlərə müraciət” bölməsində də tanış olmaq mümkündür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi