"Nikoyl Bank" xüsusi açıqlama yaydı

img

16-11-2015 [10:56]


"14 noyabr 2015 –ci il tarixində saytlarınızda ""Nikoil” bank iflasın astanasında: Müştərilər pullarını istəyir, bankın isə pulu yoxdur...” adı altında dərc olunan yazıya cavab olaraq bildirmək istəyirik ki, dünyada iqtisadiyyatında baş verən böhrana baxmayaraq, ölkə rəhbəri cənab İlham Əliyevin Respublikada keçirdiyi düzgün islahatlarla bağlı olaraq ölkə iqtisadiyyatında böhran hiss olunmamış və bu sahə dinamik tempi ilə inkişaf edir. Bunun bariz nümunəsi olaraq qeyd edı bilərik ki, Nikoyl Bank ölkənin bank sektorunda öz stabil inkişafını qoruyub saxlayır və deyilənlərin əksinə olaraq ildən ilə inkişaf strategiyası qurur". 

Mia.az xəbər verir ki, bu sözlər "Nikoyl Bank" yaydığı açıqlamada yer alıb. Bildirilib ki, bankın nağd pul vəsaitləri ilə heç bir çatışmamazlığı yoxdur:

"İlin yekununa hazırlaşmaqla yanaşı, Nikoyl Bank növbəti illər üçün strateji inkişaf yolunda öz fəaliyyətini uğurla  qurmaqda davam edir.  Nikoyl Bank müştəri itkisi ilə deyil əksinə ölkədən və xarici ölkə vətəndaşlarından depozitlər qəbul edir və bütün bank xidmətlərini müştərilərə göstərilməsində heç bir məhdudiyyət müşahidə olunmur. 

Əlavə olaraq bildiririk ki, sözügedən yazılar ölkədə iqtisadi inkişafı ləkələmək  və əhalidə əsassız ajiotajın yaradılması, eləcə də Bankın işgüzar nüfuzuna xələl yetirmək xarakteri daşıyır.  

Yuxarıda qeyd olunanları nəzərə alaraq heç bir hüquqi əsası olmayan yazının təkzib olunmasını Sizdən xahiş edirik və məsələ müsbət həll olunmadığı tədqirdə  əsassız yazı nəticəsində vurulan zərər maddi və mənəvi təbləblə hüquq müstəvisində mübahisələndiriləcəkdir". 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA