Azərbaycanda daha bir bank çökür

img

14-11-2015 [13:24]


Ölkədə fəaliyyət göstərən bankların təbii ələnməsi prosesi başlayıb. Belə ki, artıq idarəetməsində problemləri olanlar, amansız rəqabət şərtlərinə tab gətirməyənlərin iflasa uğraması prosesi müşahidə olunur. Azərbaycanın bank sektoruna 1994-cü ildən daxil olan və kifayət qədər populyarlıq qazanan "Nikoil” bank ciddi sınaq qarşısındadır və hazırda ağır günlərini yaşayır.

Mia.az xəbər verir ki, adıçəkilən bankda baş verənlərlə bağlı Unikal.org-a daxil olan məlumata görə, hazlırda bankda ciddi maliyyə krizi yaşanır. Bu səbəbdən də müştəriləri ilə müntəzəm olaraq problemlər yaşayan bankdan şikayətlər artmaqdadır. Hazırda bankın ciddi pul qıtlığı yaşadığı, daha dəqiq ifadə etsək, kağız üzərində milyonlara sahib olsa da, reallıqda bankın pul çatışmazlığıyla üzləşdiyi bildirilir. Hazırda müştərilərin bir-birinin ardınca bandakı pullarını geri çəkmək üçün müraciət etdiklərini, lakin "Nikoil” bankın həmin məbləğləri ödəməkdə zorlandığı bildirilir. Bu isə öz növbəsində "Nikoil” bankla bağlı digər müştərilərdə də ciddi şübhələr yaradır, bu üzdən isə bankdan pulunu geri çəkmək istəyənlərin sayında kəskin artım müşahidə olunur.

Əldə etdiyimiz məlumatda bildirilir ki, radikal qərarlar qəbul edərək düşdüyü acınacaqlı durumdan çıxmağa cəhd göstərməsə "Nikoil” bankın gələn ilin əvvəllərinə qədər fəaliyyətini dayandıracağı istisna edilmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA