Sahibkarların diqqətinə: Gömrükdə növbəti dəyişiklik oldu

img

13-11-2015 [11:42]


Azərbaycanda yenidən qısa idxal və ixrac bəyannamələrinin tətbiq edilməsi üçün hazırlıqlara başlanılıb.

Bunu Dövlət Gömrük Komitəsi (DGK) Gömrük nəzarətinin təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə deyib: "Bununla da idxal-ixrac əməliyyatlarında sahibkarlar vaxt udmuş olacaqlar".

C.Quluzadənin sözlərinə görə, həmçinin boru və elektrik xətləri vasitəsi ilə idxal-ixrac əməliyyatları aparan sahibkarlar üçün natamam bəyannamələrin tətbiqi nəzərdə tutulub:

"Tam gömrük bəyannaməsində 54 qrafa var. Amma yeni bəyannamələrdən bu qrafaların bir çoxu çıxarılıb. Yəni, sahibkar yeni bəyannaməni doldurur və tam bəyannamədə olan bəzi qrafaları isə 30 gün müddətində cavablandırıb, gömrük orqanlarına təqdim edir".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA