12-11-2015 [09:36]
21-ci əsrdir, amma hələ də Azərbaycanda avtovağzal qıtlığı problemi həll olunmayıb.
Mia.az xəbər verir ki, bu barədə Milli.Az-a yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. Ekspertin fikrincə, görülən bütün tədbirlərə baxmayaraq, ölkədə avtovağzal və avtostansiya çatışmazlığı problemi hiss olunur: "Rayonların çoxunda düz-əməlli avtovağzal və ya avtostansiyalar yoxdur. Məsələn, götürək elə Sumqayıt şəhərini. Bundan başqa, qanunsuz fəaliyyət göstərən "avtovağzal"lar var. Belə avtovağzallar çox yerdə - bölgələrdə, eləcə də Bakının özündə də bir neçə yerdə, məsələn "20 yanvar" dairəsində var. Onlar faktiki avtovağzal kimi fəaliyyət göstərirlər. Avtomobillər, avtobuslar ora yığılır. Onları oradan qovurlar, bir aydan sonra yenə ora toplaşırlar. Bölgələrdəki avtovağzalların çoxu özəlləşdirildi. Bundan sonra onların bəzilərinin təyinatı dəyişdirilib, bəziləri isə rentabelli olmadığına görə fəaliyyət göstərmirlər. Məsələn, Ağcabədi rayonunda təxminən 50 min nəfər əhali yaşayır. Amma ora işləyən marşrut avtobusu yoxdur".
Nəqliyyat Nazirliyi yanında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızının Milli.Az-a verdiyi açıqlamaya görə, bu problem həllini tədricən tapacaq. Belə ki, artıq bir neçə rayonda yeni avtovağzalların inşası barədə qərar verilib: "Nəqliyyat naziri Ziya Məmmədov tərəfindən bölgələrdə vətəndaşların qəbulu təşkil olunur. Sonuncu dəfə Neftçala və Ağdaş rayonlarında olarkən Ucar, Göyçay, Ağdaş sakinləri müasir tipli avtovağzalın tikilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət etdilər. Bütün müraciətlər qeydə alındı və yaxın müddətə bununla bağlı işlərə başlanılacaq. Bundan başqa, avtovağzal olmayan rayonlarda, eləcə də ehtiyac olarsa, bəzi rayonlarda yeni tipli avtovağzalın tikilməsi ilə bağlı nazirlik tərəfindən tədbirlər görüləcək. Artıq məsələ ilə bağlı işlərə start verilib. Nazir artıq bununla bağlı müvafiq tapşırıqlar verib. Təbii ki, bu məsələ birdən-birə yox, tədricən həllini tapacaq".
Qanunsuz fəaliyyət göstərən avtovağzalların yığışdırılmasına gəlincə, NİİM rəsmisi qeyd edib ki, Nəqliyyat Nazirliyinin müvafiq strukturu qanun çərçivəsində bununla məşğul olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi