11-11-2015 [11:27]
Azərbaycanda fəaliyyət göstərən banklara Mərkəzi Bank tərəfindən xəbərdarlıq edilib.
Bu barədə Modern.az saytına bank sistemindəki mənbə məlumat verilib.
Banklara ünvanlanan xəbərdarlıq məktublarında qiymətləndirilmə ilə bağlı məsələdə ciddi pozuntuların olduğu qeyd edilib və banklara qəti şəkildə tapşırılıb ki, bundan sonra müstəqil qiymətləndirmə şirkətləri ilə işləsinlər.
Qeyd edək ki, bu günə qədər banklarda qiymətləndirmə əməliyyatını əksər vaxtlarda elə bankların özlərinə məxsus qiymətləndirmə şirkətləri həyata keçirib. Nəticədə isə ancaq bankların maraqları qorunub. Həm fiziki, həm də hüquqi şəxslər bu məsələdən zərər görüblər.
İqtisadçı Vüqar Bayramov Modern.az saytına açıqlamasında bildirib ki, əmlakın qiymətləndirilməsi və zonalarda orta qiymətin nəzərə alınması ilə bağlı məsələlər prezident İlham Əliyevin imzaladığı "Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərmanda öz əskini tapıb:
"Əsas problem ondan ibarətdir ki, kommersiya banklarının özünün 10-a yaxın qiymətləndirmə şirkətləri var. Daimi olaraq ipoteka kreditləri verilən zaman bir və ya daha çox qiymətləndirmə şirkətilə birlikdə fəaliyyət göstərirlər. Bu da əmlakın doğru qiymətləndirilməsi ilə bağlı müəyyən çətinlik yaradır, dəqiq məlumat verilməsinə imkan vermir.
Bir çox hallarda əmlakın qiyməti bazar qiymətindən yüksək göstərilir. Məqsəd daha çox ipoteka kreditinin alınması, alınan kreditlə ilkin ödənişi bağlamaq, həmçinin ipoteka kreditinin bir hissəsinin digər məqsədlər üçün istifadə edilməsidir.
Bu zaman təbii ki, ev alan da, ev satan da praktik olaraq öz aralarında müəyyən razılıq əldə edir.
O baxımdan rəqabətli qiymətləndirmə vacibdir. Bu həm İpoteka Fondu üçün, həm də vətəndaş üçün vacibdir. Çünki bir sıra hallarda bankla vətəndaş razılaşıb qiyməti yüksək göstərə bilirdisə, bəzi hallarda hətta qiymətləndirmə şirkəti situasiyaya uyğun mövcud bazar qiymətindən aşağı və ya yuxarı qiymət verirdi ki, uduzan vətəndaş olsun.
Rəqabətli qiymətləndirmə olduğu zaman vətəndaş aldığı evin bazar qiymətinə uyğun qiymətləndirildiyinə əmin olur. Ona görə də qiymətləndirmə yalnız rəqabətin artırılması üçün deyil, həm də mexanizmlərin dəyişdirilməsilə bağlıdı ki, bununla bağlı təkliflər ünvanlamışdıq.
Digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi zonalar üzrə minimumların müəyyənləşdirilməsi, vətəndaşların hüquqlarının qorunmasına nail olunması, qiymətləndirmə şirkətlərinə evin aşağı qiymətləndirilməsinə imkan verməməsi lazımdır ki, vətəndaş uduzmasın”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi