Qaz çəkdirmək pulsuz olacaq - Video

img

07-11-2015 [17:42]


Zaqatala royununun Mosul kəndində qaz açılışına qatılan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev önəmli açıqlama verib.

Mia.az-ın Region TV-yə istinadən məlumatına görə, Neft Şirkətinin rəhbəri bildirib ki, yeni sistəmə görə, yanvar ayının birindən qaz çəkilişində bütün texniki şərtlər "ASAN Xidmət” vasitəsilə həyata keçiriləcək.

Rövnəq Abdullayevin sözlərinə görə, artıq evinə, təsərrüfatına qaz çəkdirmək istəyən şəxs lazımi sənədləri toplamaqla "ASAN Xidmət”ə müraciət edib çəkiliş üçün icazəni onlardan alacaq və bu proses pulsuz olaraq həyata keçiriləcək.

Yeni atılan bu addım qaz çəkilişində yaranan problemlərin, qeyri-qanuni pul ödənişlərinin aradan qaldırılmasına hesablanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA