05-11-2015 [12:08]
"İlin əvvəlində bank sektorunu haqlayan böhran özünün yeni fazasına qədəm qoyub. Əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərqin azalması bankları sərt addımlar atmağa məcbur edib".
Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, xərclərin optimallaşdırılması adlanan siyasət çərçivəsində filialların bağlanması prosesinə başlanıb:
"Belə davam edərsə, bank sektorunda ixtisarlar geniş vüsət alacaq. Hazırda sektorun dayanıqlığı sual altındadır. Mərkəzi Bankın yanvardan sonra bankların maliyyə dayanıqlığına və məcmu kapitalına dair statistik göstəriciləri, habelə gəlir və xərclərinin mövcud durumu barədə məlumatları dərc etməməsi vəziyyətin gərgin olduğu deməyə əsas verir".
Samir Əliyev dərc olunmuş 9 aylıq göstəricilərin bank sektorunda pisləşmə tendensiyası qabarıq göstərdiyini də bildirib:

Samir ƏLİYEV
"Onların bəzilərinə diqqət yetirək:
- Bankların xarici öhdəlikləri 2014-cü ilin noyabrından sonra ən aşağı həddə (6,3 milyard AZN) düşüb.
- Kredit qoyuluşu, xüsusilə milli valyutada verilən kreditlərin həcmi kəskin azalıb. Manat kreditlərinin həcmi 2013-cü ilin sentyabrı səviyyəsinə düşüb.
- Problemli kreditlər müstəqillik tarixində ən yüksək həddə (1,4 milyard AZN) çatıb. Belə kreditlərin payı isə 7,1%-ə çatmaqla son 11 ilin rekordunu vurub. Beynəlxalq Bankdakı restrukturizasiya olunmuş kreditləri də əlavə etsək vəziyyətin gərginliyi daha da deyə bilərik.
- Əmanət qoyuluşu devalvasiyadan əvvəlki səviyyəyə qədər azalıb. Dollarlaşmanın artması nəticəsində manat əmanəti 2015-ci ildə 2.5 dəfə azalmaqla yanaşı, onun payı 24%-ə düşüb.
- 2015-ci ilin təkcə 3-cü rübündə özəl banklara məxsus ən azı 6 filial bağlanıb.
- Ləğvetmə prosesində olan bankların sayı 5-də 7-yə qalxıb.
- Kredit kartlarının sayı 2014-cü ilin may ayında bəri ən aşağı həddə (1,13 milyon) düşüb.
- Plastik kartlarla aparılan əməliyyatların həcmi 2015-ci ilin yanvarından sonra ən aşağı həddə (962 milyon manat) düşüb;
Oxşar problemlər bank olmayan kredit təşkilatlarında (BOKT) da müşahidə edilir. Mərkəzi Bankın komisyon haqlarının və faiz dərəcələrinin yuxarı həddinə tətbiq etdiyi limit daha çox BOKT-lara zərbə vurub.
Pul bazasının məhdudlaşdırılması, büdcə xərcləmələrinin azaldılması, iş yerlərinin bağlanması fonunda əhalinin gəlirlərinin azalması bank dövriyyəsini və kreditləşməni kəskin azaldıb. Üstəgəl probemli kreditlərin artması bankların gəlirlərinin əhəmiyyətli dərəcədə azaldıb, zərərini isə artrıb".
Ekspert deyir ki, banklar hələki filialların birləşdirilməsi, işçilərin sayının ixtisarı hesabına xərcləri azaltmağa müvəffəq olur:
"Ancaq ixtisarların başa çatdığını söyləmək olmaz. Proses davam edəcək və daha geniş vüsət alacaq. Hətta devalvasiya olmayacağı təqdirdə bank sektorunda ixtisarlar gələn ilin yaz aylarına kimi davam edəcək. Müştəri kontingetinin məhdudlaşması, asan neft pullarının azalması banklar arasında amansız rəqabət mühiti yaradır ki, bu da bəzi bankların, o cümlədən BOKT-ların bazarı tərk etməsi ilə nəticələnəcəyinə şübhə yeri qoymur. İlkin dövrdə BOKT-ların banklar tərəfindən udulması baş verə bilər. Sonrakı dövrdə isə bəzi problemli iri bankların əvvəlcə ”əridilərək” təsirinin minimuma endirilməsi sonra isə ləğv edilməsi mümkündür".
Sonda Samir Əliyev qeyd edib ki, yaxın dövrdə bank sektoru üçün ümidli heç nə görünmür:
"Xüsusilə də ehtimalı yüksək olan potensial devalvasiya (adını "üzən məzənnə siyasəti” də qoya bilərsiniz) banklara növbəti öldürücü zərbə vura bilər. Bu halda ixtisarlar da kömək edə bilməyəcək...".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi