05-11-2015 [11:32]
"Son günlər daha çox müraciət edilən məsələ banklarda depozitlərin taleyi ilə bağlıdır. Sual sadədir: Əmanətlərin Sığortalanması Fondundakı 109 milyon manatın ümumi sığortalanmış əmanətlərin 2.2%-ni təşkil etməsi depozitlərin qorunması baxımdan problem yaradırmı? Ümumiyyətlə, fondda nə qədər pul saxlanılmalıdır? Birmənalı şəkildə, fondun aktivləri ilə qorunan əmanətlər arasındakı mövcud nisbət sığortalanan depozitlərin taleyi ilə bağlı risk formalaşdırmır".
Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov deyib. O, bildirib ki, əvvəlla beynəlxalq praktikada bu tip fondların aktivlər ilə sığortalanan əmanətlərin həcmindəki payı ilə bağlı konkret heç bir standart yoxdur:
"Bu hər bir fondun öz maliyyə siyasətindən və istifadə etdiyi alətlərin xarakterindən asılı olaraq müəyyənləşdirilir.
İkincisi, regionda iqtisadiyyatı müqayisəli inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, əksər oxşar fondların aktivləri ilə sığortalanan əmanətlərin həcmi arasında kəskin fərq var və bu da iqtisadi baxımdan normal qəbul edilir.
Məsələn, Rusiyada Əmanətlərin Sığortalanması Fondunun aktivlərinin həcmi 83.6 milyard rubldur (1 milyard 326 milyon dollar), sığortalanan əmanətlərin həcmi isə 18.2 trliyon rubldur (290 billion 476 million dollar). Şimal qonşumuzda fondun aktivlərin ümumu sığortalanan əmanətlərdə payı cəmi 0.45 faizdir. Amma bu anlama gəlirmi ki, Rusiyada bütün vətəndaşların əmanətləri təhlükədədir? Təbii ki, yox.
Üçüncüsü, fondun aktivlərin genişləndirilməsi daha çox bankların üzvlük haqqının artırılması yolu ilə mümkündür ki, bu da arzuolunan deyil. Çünki bu bankların xərclərinin artmasına və bir sıra məhsullarının bahalaşmasına səbəb olacaq. Nəticədə maliyyə bazarına daha bahalı məhsullar təklif ediləcək. Bu cür fondlar adətən riskli bazar alətlərinə yatrım etmirlər- hətta potensial gəlirlilik səviyyəsi yüksək ola bilsədə. Fondun vəsaitlərinin isə nisbətən risksiz alətlərə sərmayə etməklə vəsaitlərin idarəedilməsindən əldə edilən gəlirin həcmini artırmaq olar. Təbii ki, fondun maliyyə bazarında daha aktiv iştirakı arzuolunandır: ancaq bu az riskli istiqamətlər üzrə olmalıdır.
Dördüncüsü, bütün və ya əksər bankarın eyni zamanda müflis olması nəzəri baxımdan mümkün olsa da, praktik olaraq inandırıcı deyil. Eyni zamanda, 7 bankın likvidizasiyası planlaşdırılmır, əksinə bu proses başa çatmaq üzrədir. 5 bank üzrə bu proses bitib, 2 bank üzrə tamamlanmaq üzrədir. Evrobankda əmanətlər yox idi, Azərbaycan Kredit Bankının aktivləri passivlərindən çox olduğu üçün xüsusi müdaxiləyə ehtiyac olmadı. Deməli, söhbət gələcək deyil, keçmiş zamandan gedir.
Beşincisi, hər hansı bankın müflis olması sığorta hadisəsinin baş verməsi anlamına gəlmir. Sığorta hadisəsi müflis olan bankın öhdəlikləri mövcüd aktivlərindən çox olduğu halda baş verir. Ona görə də, bir neçə bankda olan əmanətlərin həcmini fondun aktivləri ilə müqayisə etmək olmaz. 29 milyard manatdan çox aktivləri olan banklarda əhalinin əmanətlərinin cəmi 7.6 milyard manat olduğunu nəzərə alsaq gələcəkdə hər hansı təhlükə olduğu halda heç də bütün banklarda sığorta hadisəsinin baş verməyəcəyi aydın görsənir.
Altıncısı, hal-hazırda banklarda qorunan əmanətlərin qaytarılması təhlükəsi deyil, sığorta mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunmalıdır.
Mərkəzi və Şərqi Avropa ölkələrində 100 min avroyadək bütün əmanətlər sığortalanır. Bizdə isə qorunan əmanətin maksimum həcmi sözügedən ölkələr ilə müqayəsədə 3 dəfədən çox azdır. Bu da evdə saxlanan pulların banklara əmanət kimi cəlb edilməsinə maneə olur. Fondun mövcud siyasəti hələ də əmanətlərin sığortalana faizi ilə kredit faizləri arasında əlaqə formalaşdırmayıb. Amma bunlar heç də o anlama gəlməməlidir ki, qorunan əmanətləri olan vətəndaşlar arasında müəyyən narahatçılıq yaranmalıdır. Əksinə, fondun fəaliyyətini təkmilləşdirməklə daha çox əmanət cəlb etmək mümkündür və bunun da edilməsi olduqca vacibdir. Əmanət qorunursa o bütün hallarda qaytarılmalıdır: hətta borclanma hesabına olsa da belə".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi